Kovrolin.Az (Ayfa Group MMC) B2B Satış Meneceri
Vəzifə haqqında
Ayfa Group MMC (KovrolinAz)-dən vakansiya: B2B Satış Meneceri tələb olunur
Vəzifə öhdəlikləri:
– Korporativ (B2B) müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
– Potensial müştərilərlə görüşlərin təşkili və satış təqdimatlarının keçirilməsi;
– Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təklif olunması;
– Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və satış prosesinin idarə edilməsi;
– Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
– Satış planının yerinə yetirilməsi və müntəzəm hesabatların hazırlanması;
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: B2B satış sahəsində iş təcrübəsi vacibdir;
– Azərbaycan dilini sərbəst, rus dilini bilmək vacibdir;
– Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
– Satış yönümlü düşüncə tərzi və nəticəyönümlülük;
– MS Office proqramlarında işləmək bacarığı;
– Sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:30-dan 19:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “B2B Satış Meneceri” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
