Onlayn satış üzrə məshələtçi
İş rejimi Tam ştat Kateqoriya Satış
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Saytdan (kontakt.az) və daxili şöbələrdən daxil olan sifarişlərlə bağlı müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması, müvafiq qaydalara əsasən satışın və müraciətin tamamlanması;
- Nağd və avtokredit sifarişlərinin birbaşa satışının həyata keçirilməsi və müştərilərə düzgün xidmət göstərilməsi; Sistem üzrə satışların düzgün həyata keçirilməsi və icrasının dəqiq aparılması;
- Sifariş və satış prosesi zamanı müştərinin tələbatının düzgün müəyyənləşdirilməsi və ona uyğun məhsul və xidmətin təklif edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və onlarla səmərəli, nəzakətli ünsiyyətin qurulması;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və müştəri məmnuniyyəti hədəflərinə çatması;
- lkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər haqqında müştərilərin düzgün məlumatlandırılması
Tələblər
- Azərbaycan dilində sərbəst danışıq (Rus,İngilis dili üstünlükdür);
- Məişət,rəqəmsal texnika,mebel məhsullarının satışında minimum 6 ay iş təcrübəsi;
- Məhsul xüsusiyyətləri ilə bağlı məlumatlı olmaq;
- Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı, müştəri ehtiyaclarını anlama və doğru məhsulu tövsiyə etmə qabiliyyəti;
- Sürətli və dəqiq işləmək, çoxsaylı sifarişləri və müştəri sorğularını idarəetmə bacarığı;
- Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə işləmə bacarığı;
- Komanda daxilində işləmək və satış hədəflərinə fokuslanmaq qabiliyyəti.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…