U Unibank ASCUnibank ASC

B2B Satış və Partnyorluq üzrə Baş mütəxəssis / Ekspert

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
20 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • İri korporativ müştərilər və tərəfdaşlarla yeni əməkdaşlıqların qurulması;
  • Potensial müştərilərin müəyyən edilməsi və aktiv şəkildə cəlb olunması;
  • Qərarverici şəxslərlə danışıqlar apararaq onların biznes ehtiyaclarına uyğun həllərin təqdim olunması;
  • Satış hədəflərinə uyğun kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
  • İlk əlaqədən müqavilənin bağlanmasına qədər bütün satış proseinin idarə olunması;
  • Mövcud tərəfdaşlarla uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
  • Biznesin inkişafı istiqamətində tərəfdaşlar və daxili komandalar üçün əsas əlaqələndirici şəxs kimi çıxış etmək;
  • Müştəri ehtiyacları və bazar tendensiyaları üzrə məhsul komandasına rəy təqdim edilməsi;
  • Satış fəaliyyətlərini dəstəkləmək məqsədilə marketinq komandası ilə birgə kampaniyaların və təqdimat materiallarının hazırlanması;;
  • Satış nəticələri, biznes imkanları və satış proqnozları üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Satış göstəricilərinin təhlil edilməsi, inkişaf sahələrinin müəyyənləşdirilməsi və satış strategiyalarının optimallaşdırılması;
  • Satış imkanlarının və müştəri məlumatlarının CRM sistemində mütəmadi yenilənməsi; 

Tələblər

  • Maliyyə xidmətləri, bankçılıq və ya fintex sahəsində minimum 3 il satış təcrübəsi;
  • Güclü satış, təqdimat və ünsiyyət bacarıqları;
  • Müstəqil şəkildə danışıqlar aparmaq, münasibətləri effektiv idarə etmək və qərar qəbul etmək bacarığı;
  • Müştərilərlə uzunmüddətli və etibarlı münasibətlər qurmaq bacarığı;
  • Təşəbbüskar yanaşma və iş proseslərini səmərəli təşkil etmə bacarığı;
  • İri korporativ müştərilərlə işləmə və danışıqlar aparma təcrübəsi;
  • Microsoft Excel və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Jira, Slack, Miro kimi əməkdaşlıq alətləri və süni intellekt alətləri ilə işləmə təcrübəsi üstünlükdür.

Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

U Unibank ASC
Unibank ASC

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et