MB Mərkəzi BankMərkəzi Bank

Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti \ Xarici nəzarət şöbəsi \ Analitik

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Təqdim olunmuş hesabatlar və digər nəzarət məlumatları əsasında bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin və poçt rabitəsi milli operatorunun qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsini nəzarət altında saxlayır və fəaliyyətləri ilə bağlı risklərin təhlili üçün onların fəaliyyətinə nəzarəti həyata keçirir
  • Kredit təşkilatlarından və digər mənbələrdən toplanmış məlumatlar əsasında aidiyyəti əməkdaşların və rəhbərliyin istifadəsi üçün müxtəlif hesabatlar hazırlayır və hesabatlar əsasında məlumat bazasını formalaşdırır;
  • Aidiyyəti üzrə daxil olmuş sorğu və məktublara cavablar hazırlayır;
  • Kredit təşkilatlarının maliyyə vəziyyətində kəskin dəyişikliklər, habelə, şübhə doğuran əməliyyatların yoxlanması məqsədi ilə yoxlama və digər nəzarət tədbirlərinin həyata keçirilməsi barədə təkliflər verir;
  • Tətbiq olunmuş təsir, təshih tədbirləri və sanksiyaların müvəqqəti və ya tam dayandırılması barədə daxil olmuş vəsatətlərə dair rəy hazırlayır;
  • Lisenziyanın alınması üçün müraciət etmiş bank olmayan kredit təşkilatları, kredit ittifaqları və valyuta mübadiləsi məntəqələri tərəfindən təqdim olunmuş sənədlərə, poçt rabitəsinin milli operatoru tərəfindən filial və şöbə açılması, eləcə də mövcud kredit təşkilatları, qeyd olunan filial və şöbələrin bağlanması müraciətlərinə aidiyyəti üzrə rəy hazırlayır;
  • Rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

Xüsusi tələblər

Təhsil

  • Ali təhsil (iqtisadi/maliyyə):Tələb edilir

Texniki biliklər

  • BOKT, Kredit ittifaqları, poçt rabitəsi, kredit büroları qanunvericiliyi sahəsində biliklər:Orta səviyyədə
  • Valyuta qanunvericiliyi sahəsində biliklər:Orta səviyyədə

Təcrübə

  • Bank və ya BOKT sahəsində:2 il

Dil bilikləri

  • Azərbaycan dili:Yüksək səviyyədə
  • İngilis dili:Orta səviyyədə

Kompüter bacarığı

  • MS Office proqramları:Yaxşı səviyyədə

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma bacarığı
  • Vaxtın idarə edilməsi

Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
MB Mərkəzi Bank
Mərkəzi Bank

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et