KB Kapital BankKapital Bank

Biznes Analitik - Retail office

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
22 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Bu rolun əsas məqsədi, bank daxilində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir. 

+ ' ' +
  • Ali təhsil (Riyaziyyat, İT, Kompüter Elmləri və ya müvafiq sahə üzrə);
  • İri həcmli məlumat bazaları və Advanced SQL sorğu dili ilə işləmək bacarığı;
  • Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
  • Data analitika alətlərindən (Python, R və s.) ən azı biri ilə işləmə bacarığı;
  • Yaxşı səviyyədə MS Excel bilikləri;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
  • Analitik düşünmə, böyük həcmli məlumatlarla işləmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
+ ' ' +

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi krediti

+ ' ' +
  • Fərqli verilənlər bazalarından data çəkərək Oracle BI mühitində mərkəzləşdirilmiş hesabatlar və idarəetmə panelləri (Dashboards) hazırlamaq;
  • Böyük data həcmi ilə işləyən, gecikən və yüksək resurs aparan hesabatların SQL sorğularını analiz etmək və performansını (Performance Tuning) təmin etmək;
  • Biznes tərəfindən daxil olan müraciətlər əsasında mövcud SQL skriptlərində dəyişikliklər etmək, xətaları diaqnostika edib aradan qaldırmaq;
  • Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil etmək, aparılmış analizlər əsasında hesabat və təkliflər hazırlamaq;
  • Data analitikası sahəsindəki yenilikləri izləmək, innovativ həlləri tətbiq etmək və data əsaslı fəaliyyət strategiyaları üzrə təkliflər vermək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

KB Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et