Qarabağ UniversitetiQarabağ Universiteti

"Biznesin idarə edilməsi” istiqaməti üzrə müəllim-Xankəndi

2 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Təhsil
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
8 iyul 2026

Vəzifə haqqında

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsində “Biznesin idarə edilməsi” istiqaməti üzrə müəllim vakansiyası aktivdir.

  • Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsi Biznesin idarə edilməsi istiqaməti üzrə müəllim vəzifəsinə

  • müraciətlərin qəbulunu elan edir. Vakansiya iki alt istiqamət üzrə nəzərdə tutulur: (1) Marketinq, menecment və insan resurslarının idarə edilməsi; (2) logistikanın əsasları, əməliyyatların idarə edilməsi və beynəlxalq ticarət əməliyyatları.

  • Seçilmiş namizədlər müvafiq istiqamətlər üzrə və digər əlaqəli fənlərin tədrisini həyata keçirəcəklər.

İş yeri: Xankəndi

İş öhdəliklərinin təsviri:

  • Bakalavr səviyyəsində Biznesin idarə edilməsi ilə bağlı fənlərin tədrisi;

  • Fənn sillabuslarının, tədris materiallarının və imtahan suallarının hazırlanması;

  • Tələbələrin tədris tapşırıqlarına, layihələrinə və imtahanlarına nəzarət;

  • Müvafiq fənlər üzrə moderasiya prosesində iştirak;

  • Fakültə səviyyəsində iclaslarda, proqramların inkişafında və keyfiyyət təminatı fəaliyyətlərində iştirak;

  • Elmi-tədqiqat fəaliyyəti, nəşrlər və akademik konfranslarda iştirak;

  • Peşəkar əməkdaşlıq təşəbbüslərinə dəstək.

Tələblər:

  • Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə minimun magistr dərəcəsi (Fəlsəfə doktoru elmi dərəcəsi arzuolandır);

  • İngilis dilində tədris bacarığı (minimum B2 səviyyəsi);

  • Biznesin idarə edilməsi üzrə güclü peşəkar bilik və tədris təcrübəsi;

  • Yüksək təşkilatçılıq, ünsiyyət və komanda işi bacarıqları;

  • Beynəlxalq təhsil və ya peşəkar təcrübə üstünlükdür;

  • Elmi-tədqiqat potensialı və tədqiqat aparmaq bacarığı üstünlükdür.

Müraciət etmək üçün Tələb olunan sənədlər:

  • CV;

  • Ali təhsil diplomlarının və transkriptlərin surətləri;

  • Motivasiya məktubu (maksimum 500 söz);

  • Elmi nəşrlərin siyahısı (mövcuddursa).

Əlavə qeydlər:

  • Elektron məktubun mövzu hissəsində “Biznesin idarə edilməsi” istiqaməti qeyd edilməlidir.

  • Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Tam ştat əməkdaşlar üçün Xankəndi şəhərində yaşayış yeri təmin ediləcəkdir.

  • Rəqabətqabiliyyətli əməkhaqqı təklif olunacaq.

E-poçt: [email protected]

Link: http://qu.edu.az/az/vacancies/qu-v-342026-0

Son müraciət tarixi: 17 iyun, 2026-cı il

Qarabağ Universiteti
Qarabağ Universiteti

Oxşar vakansiyalar

Hamısına bax