A AzərşəkərAzərşəkər

Büdcə və hesabatlılıq üzrə menecer

Bakı 16 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

İşəgötürən: Eden Agro MMC

  • Müəssisənin iqtisadi fəaliyyətinin illik və operativ proqnoz layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanması;
  • Maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar aidiyyatı struktur bölmələrindən zəruri məlumatların toplanması;
  • Müəssisənin təsərrüfat fəaliyyətini iqtisadi təhlil edilməsi və qənaət rejiminin təmin  edilməsi, görülən işlərin səmərəliliyinin artırılması, itkilərin və qeyri-zəruri xərclərin qarşısının alınması üçün təhlillərin aparılması;
  • Hesablama işlərinin və büdcə tərtibi tapşırıqlarının yerinə yetirilməsində müasir texnologiyaların tətbiq edilməsi;
  • Müxtəlif tipli iqtisadi əsaslandırmaların, tələb olunan arayışların hazırlanması;
  • İqtisadi göstəricilərin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
  • Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, fərqlər barədə hesabatın hazırlanması;
  • Əməliyyat xərcləri ilə bağlı sənədlərin büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqinin təmin edilməsi;
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
  • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürülməsi.
  • Birbaşa rəhbər tərəfindən veriləcək tapşırıqların icrasının təmin edilməsi.

Xüsusi tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; 
  • Magistr dərəcəsi üstünlük hesab olunur; 
  • ACCA, CIMA, CFA, DipIFR və ya digər beynəlxalq peşəkar maliyyə sertifikatlarına malik olması üstünlükdür; 
  • Maliyyə, büdcə planlaşdırılması, maliyyə nəzarəti və ya korporativ maliyyə sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi; 
  • Şirkətin illik büdcəsinin hazırlanması, konsolidasiyası, icrasına nəzarət və dövri yenilənməsi (forecast/rolling forecast) üzrə praktiki təcrübə; 
  • Büdcələşmə metodologiyaları, maliyyə modelləşdirilməsi və proqnozlaşdırma alətlərini dərindən bilməsi; 
  • Maliyyə hesabatlarının (P&L, Balance Sheet, Cash Flow) hazırlanması, təhlili və rəhbərliyə təqdimatı üzrə təcrübə; 
  • Xərc nəzarəti, rentabellik təhlili, investisiya layihələrinin maliyyə qiymətləndirilməsi və maliyyə risklərinin idarə olunması sahəsində bilik və təcrübə; 
  • Maliyyə göstəricilərinin (KPI) hazırlanması, monitorinqi və nəticələrin təhlili üzrə təcrübə; 
  • ERP sistemləri (1C, SAP, Oracle, Microsoft Dynamics və ya digər ERP sistemləri) ilə işləmək təcrübəsi; 
  • MS Office proqramlarını, xüsusilə Excel (Power Query, Pivot Table, Power Pivot və mürəkkəb maliyyə modelləri) yüksək səviyyədə bilməsi; 
  • Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarığı; 
  • Komandanın idarə edilməsi, əməkdaşların inkişafı və funksiyalararası komandalarla effektiv əməkdaşlıq bacarığı; 
  • Sıx iş qrafiki və qısa müddətli tapşırıqlar şəraitində prioritetləri düzgün müəyyənləşdirərək nəticəyönümlü fəaliyyət göstərmək bacarığı; 
  • Yüksək səviyyədə məsuliyyətlilik, məxfilik prinsiplərinə riayət, dəqiqlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri; 
  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməsi; rus dili biliyi üstünlükdür.

Müraciət etmək üçün: [email protected]
A Azərşəkər
Azərşəkər

Oxşar vakansiyalar

Hamısına bax