T TƏBİBTƏBİB

Çağırış üzrə tibb bacısı (operator)

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə
1–3 il Səhiyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • İş yeri:Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
  • Əməkhaqqı:“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir
  • Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;
  • Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;
  • Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;
  • Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;
  • Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.
  • İş qrafiki: növbəli

Xüsusi tələblər

  • Orta ixtisas tibb təhsili;
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
  • Operativ qərarvermə
  • Stressə davamlılıq
  • Məsuliyyətlilik
  • Düzgün və aydın diksiya
  • Ünsiyyət bacarığı.


Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV [email protected] ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;
  • CV-lər 24.07.2026-cı il tarixinə qədər göndərilməlidir.s

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Hamısına bax