SOC
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Sinteks Şirkətlər Qrupu – “CCTV Texnik” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.
Vəzifə öhdəlikləri:
Texniki dəstək və preventiv xidmət
- Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.
- Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.
Kabel və infrastruktur işləri
- Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.
- Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.
Layihələndirmə və keyfiyyətə nəzarət
- Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.
- Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.
İcra, qeydiyyat və hesabatlıq
- Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.
- Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
- Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək.
Tələblər:
Professional biliklər:
- CCTV, IP və analoq kamera, DVR/NVR və video-müşahidə sistemləri üzrə praktiki biliklər. (Bu tələb CV-də CCTV sistemləri, IP/analog kameralar, DVR/NVR avadanlıqları, video-müşahidə sistemlərinin quraşdırılması, sazlanması və/və ya texniki dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Zəif axın, şəbəkə və kabel infrastrukturu üzrə baza bilik və praktiki bacarıqlar. (Bu tələb CV-də LAN/WLAN, IP şəbəkələr, router/access point, patch panel/rack, kabel çəkilişi və/və ya kommunikasiya avadanlıqlarının quraşdırılması/sazlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Audio və/və ya AV avadanlıqlarının quraşdırılması və sazlanması üzrə praktiki bilik və ya iş təcrübəsi.
- CompTIA A+, CCNA və ya oxşar IT/şəbəkə üzrə müvafiq sertifikatlar arzuolunandır.
- Rus dili biliyi: A2 və ya daha yüksək səviyyələr;
Təhsil:
- IT, informasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya müvafiq texniki sahə üzrə ali və ya orta-ixtisas təhsili.
İş təcrübəsi:
- CCTV/video-audio, təhlükəsizlik sistemləri, giriş-çıxışa nəzarət, zəif axın və ya şəbəkə infrastrukturu üzrə ən azı 1 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
- Problem həlletmə
- Zamanın idarəolunması
- Çeviklik
Vakansiya ilə maraqlanan namizədlər “Müraciət et” düyməsində qeyd olunan linkə klik edərək müraciətlərini ünvanlaya bilər.