Titan Group Çilingər Köməkçisi (Soyuducu Sexi)
Vəzifə haqqında
Titan Group MMC istehsalat sahəsində fəaliyyət göstərən komandamıza Soyuducu Sexi üzrə Çilingər Köməkçiləri axtarır.
Vəzifə öhdəlikləri:
Çilingərlərə gündəlik iş prosesində köməklik göstərmək;
Soyuducu avadanlıqların və konstruksiyaların yığılması prosesində iştirak etmək;
Alət və avadanlıqların işə hazırlanmasına dəstək vermək;
Materialların daşınması və iş sahəsinin səliqədə saxlanılmasını təmin etmək;
İstehsalat rəhbərinin və çilingərin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər:
Orta təhsil;
Fiziki cəhətdən sağlam və işləməyə həvəsli olmaq;
Məsuliyyətli və nizam-intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Təcrübə tələb olunmur.
İş şəraiti:
Əmək haqqı: 550 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
Nahar şirkət tərəfindən təmin edilir;
Servis xidməti şirkət tərəfindən təmin edilir;
İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
İş öyrədilir. İstehsalat sahəsində işləmək və peşə əldə etmək istəyən namizədlər müraciət edə bilərlər.
Uyğun namizədlər cvlərini Çilingər Köməkçisi (Soyuducu Sexi) başlığı ilə [email protected] mailinə göndərə bilərlər.
