Belgian Chocolate & Coffee Soyuq Mətbəx üzrə Aşbaz Köməkçisi-Sumqayıt
Vəzifə haqqında
Belgian Chocolate & Coffee komandası genişlənir!
“Belgian Chocolate & Coffee” ailəsinə Soyuq Mətbəx üzrə Aşbaz Köməkçisi axtarılır.
Əgər mətbəx sahəsinə marağınız varsa, komanda ilə işləməyi sevirsinizsə və inkişaf etmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Vəzifə öhdəlikləri:
Salat, sendviç və digər soyuq mətbəx məhsullarının hazırlanmasına dəstək olmaq
Məhsulların düzgün saxlanılmasına və təmizliyə nəzarət etmək
Mətbəxdə gündəlik hazırlıq prosesində iştirak etmək
Gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək
Tələblər:
Məsuliyyətli və çevik olmaq
Komandada işləmək bacarığı
Mətbəx sahəsində təcrübə üstünlükdür
Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq
Təklif edirik:
Stabil iş mühiti
Karyera inkişaf imkanı
Növbəli iş qrafiki
Mehriban və dinamik komanda
Əmək haqqı müsahibə əsasında müəyyən edilir
İş yeri: Sumqayıt şəhəri
Müraciət üçün:
Müraciətinizi [email protected] email adresinə göndərə bilərsiniz.
