CNC Proqramçı
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
“Qardaşlar Mebel” QSC şirkətinə CNC Proqramçı (ArtCAM / AlphaCAM) Vakansiyası
İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli CNC Proqramçı dəvət edir.
Vəzifə öhdəlikləri
- CNC dəzgahları üçün proqramların hazırlanması və optimallaşdırılması;
- Layihələrin 3D MODELLƏŞDİRMƏ BACARIĞI, ArtCAM və AlphaCAM proqramlarında hazırlanması;
- Texniki çertyoj və eskizlər əsasında emal proqramlarının yazılması;
- İstehsalat prosesinin izlənilməsi və yaranan texniki problemlərin operativ həlli;
- Material sərfiyyatının və emal vaxtının optimallaşdırılması;
- Hazırlanan proqramların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi.
Namizədə tələblər
- CNC proqramlaşdırılması sahəsində minimum 5 il iş təcrübəsi;
- 3D modelləşdirmə proqramları ilə işləmək, ArtCAM və AlphaCAM proqramlarını sərbəst səviyyədə bilmək;
- Texniki çertyojları oxuma və ölçülərlə işləmək bacarığı;
- CNC emal texnologiyaları haqqında bilik;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- Komandada işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftədə 6 iş günü;
- Həftəlik iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 40 saatı keçməyəcək;
- Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;
- Rəsmi əmək müqaviləsi;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı.
Vakansiyaya müraciət üçün Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməyiniz xahiş olunur.
GM 
Gardashlar Mebel
Emal sənayesi