A AS GroupAS Group

Daşınmaz əmlakın idarə edilməsi üzrə menecer (Property Manager)

18 saat əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
7 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifənin məqsədi

  • Şirkətə məxsus daşınmaz əmlak obyektlərinin kommersiya səmərəliliyini artırmaq məqsədilə onların icarəyə verilməsi prosesini effektiv şəkildə idarə etmək, boş sahələrin doluluğunu təmin etmək, yeni icarəçilərin cəlb olunmasını təşkil etmək, mövcud icarəçilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, bazar araşdırmaları aparmaq və obyektlərin tanıtımı üzrə marketinq fəaliyyətlərini əlaqələndirmək. Məqsəd daşınmaz əmlak portfelinin gəlirliliyini artırmaq, şirkətin bazardakı mövqeyini gücləndirmək və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etməkdir.

İşin təsviri:

  • Şirkətə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi prosesini təşkil və idarə etmək; 
  • Potensial icarəçilərin cəlb edilməsi, onlarla danışıqlar aparılması və əməkdaşlıq münasibətlərinin qurulması; 
  • Obyektlərin doluluq səviyyəsinin artırılması və boş sahələrin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirmək; 
  • Daşınmaz əmlak bazarını, rəqibləri və icarə qiymətlərini mütəmadi təhlil edərək təkliflər hazırlamaq; 
  • Obyektlərin marketinq və reklam fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək, satış və marketinq komandası ilə koordinasiyalı işləmək; 
  • Obyektlərin tanıtımı, təqdimatların və digər marketinq alətlərinin hazırlanmasında iştirak etmək; 
  • İcarə müqavilələrinin hazırlanması, razılaşdırılması, icrasına və müddətlərinə nəzarət etmək; 
  • Mövcud icarəçilərlə münasibətləri idarə etmək, onların müraciətlərini operativ şəkildə həll etmək və uzunmüddətli əməkdaşlığı təmin etmək; 
  • Yeni obyektlərin bazara çıxarılması və kommersiyalaşdırılması prosesində iştirak etmək; 
  • İcarə gəlirləri, boş sahələr, bazar vəziyyəti və görülən işlər üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələb olunanlar:

  • Təhsil: Daşınmaz əmlakın idarə edilməsi, Biznesin idarə edilməsi, Mühəndislik, Memarlıq, Tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil.;
    Iş təcrübəsi: oxşar vəzifədə minimum 3–5 il iş təcrübəsi;
  • Kommersiya və ya inzibati obyektlərin idarə olunması üzrə təcrübə üstünlükdür; 
  • Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili üstünlükdür

İş şərtləri

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı
  • Stabil və peşəkar iş mühiti
  • Karyera və peşəkar inkişaf imkanları

Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

A AS Group
AS Group
Tikinti

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et