Data risk üzrə baş mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Bankın məlumat aktivləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və davamlı monitorinqi;;
- Data governance və məlumat keyfiyyəti ilə bağlı risklərin analiz edilməsi və azaldılması tədbirlərinin hazırlanması;
- Məlumatların təhlükəsizliyi və düzgün istifadəsinin bankın daxili siyasət və prosedurlarına uyğun təmin edilməsi;
- Məlumatların saxlanması, ötürülməsi və emalı proseslərində yaranan risklərin qiymətləndirilməsi;
- Risk göstəricilərinin (KRI) və risk iştahı həddlərinin (RAS limits) hazırlanması və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi;
- Məlumat keyfiyyəti problemlərinin aşkarlanması və aradan qaldırılması üçün biznes və İT komandaları ilə əməkdaşlıq;
- Bankın məlumat bazaları və analitika sistemlərində risklərin qiymətləndirilməsi;
- Məlumat riskləri üzrə daxili nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi,
Xüsusi tələblər
- İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
- Bank, maliyyə və ya risk idarəetməsi sahəsində minimum 2–4 il iş təcrübəsi;
- Data risk, data governance və ya operational risk sahəsində biliklər;
- SQL, Excel, Power BI və ya digər analitik alətlərlə işləmək bacarığı;
- Analitik düşünmə və risklərin qiymətləndirilməsi bacarığı;
- Azərbaycan və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
- Komandada işləmək və müxtəlif şöbələrlə koordinasiya bacarığı;
- Data governance framework-ləri ilə təcrübə (məsələn: DAMA-DMBOK);
- Bank tənzimləmələri və risk standartları haqqında bilik (məsələn: Basel III);
- Statistik analiz və məlumat modelləşdirməsi üzrə təcrübə,
LAB 
Life at Bir