P PayonixPayonix

Daxili Auditor

16 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Korporativ idarəetmə prinsiplərinin, risklərin effektiv idarə olunmasının və daxili nəzarət sisteminin gücləndirilməsi məqsədilə peşəkar və məsuliyyətli Daxili Auditor axtarırıq.

Vəzifə təlimatları:

  • Təsdiq edilmiş audit planına uyğun olaraq daxili audit yoxlamalarının aparılması;
  • Maliyyə, əməliyyat və xərclər üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
  • Risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi; 
  • Audit nəticələri üzrə hesabatların hazırlanması və tövsiyələrin formalaşdırılması;
  • Kredit portfelinin keyfiyyətinin, kreditləşdirmə prosedurlarının və qərarvermə proseslərinin yoxlanılması; 
  • Maliyyə əməliyyatlarının qanunvericilik və daxili qaydalara uyğunluğunun yoxlanılması; 
  • Rəhbərlik üçün tələb olunan məlumatların hazırlanmasında iştirak; 
  • Azərbaycan Respublikasının qanunvericiliyində, AMB-nin normativ tələblərində və daxili sənədlərdə baş verən dəyişikliklərin izlənilməsi;

Tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Bank sferasında auditor və ya maliyyə nəzarəti sahəsində  minimum 2–3 il iş təcrübəsi; 
  •  Audit və ERP sistemləri ilə işləmə təcrübəsi;
  • Audit hesabatlarının hazırlanması və analitik yazı bacarığı;
  • Excel və analitik alətlərlə işləmə bacarığı;

İş şəraiti

  • İş qrafiki: həftənin 5 günü 09:00dan 18:00a dək
  • Əmək haqqı – müsahibə əsnasında dəyərləndiriləcək
  • Ünvan: Malibo Residence 

Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

P Payonix
Payonix
Maliyyə və sığorta fəaliyyəti

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et