Demi Chef de Partie
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Mətbəxdə təyin olunmuş bölmənin (isti yeməklər, soyuq mətbəx, qənnadı, souslar və s.) iş prosesinə kömək etmək;
- Chef de Partie və Baş aşpazın göstərişlərinə uyğun olaraq yeməklərin hazırlanmasını həyata keçirmək;
- İnqrediyentlərin hazırlanması, doğranması, porsiyalanması və düzgün saxlanılmasını təmin etmək;
- Yeməklərin reseptura və təqdimat standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
- Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
- İş zamanı gigiyena və sanitariya qaydalarına riayət etmək (HACCP standartları daxil olmaqla);
- Məhsulların keyfiyyətini, təzəliyini və düzgün saxlanma temperaturunu yoxlamaq;
- Mətbəx bölməsində iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Gündəlik hazırlıq işlərində (mise en place) iştirak etmək;
- Yeni menyu və yemək reseptlərinin tətbiqində rəhbər aşpazlara dəstək olmaq;
- Sifarişlərin vaxtında və keyfiyyətli hazırlanmasına kömək etmək;
- Qida israfının qarşısının alınması və məhsullardan səmərəli istifadə etmək;
- Mətbəx inventarının və avadanlıqlarının qorunmasına diqqət yetirmək;
- Komanda daxilində effektiv əməkdaşlıq etmək və iş intizamına riayət etmək.
Tələblər
- Otel və ya restoran mətbəxində təcrübə;
- Avropa və ya beynəlxalq mətbəx standartları haqqında bilik;
- Sürətli iş mühitində işləmək bacarığı;
- Komanda ilə işləmə qabiliyyəti;
- Detallara diqqət və məsuliyyətlilik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
FB 
Fairmont Baku
Mehmanxana və ictimai iaşə xidmətləri
Мы рады окружить вас традиционным гостеприимством Fairmont в историческом городе Баку, открытом всем ветрам. Фешенебельный пятизвездочный отель Fairmont Baku (Азербайджан), ставший частью комплекса…