Dərman, BAQM və tibb vasitələrinin qeydiyyatı üzrə mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 1–3 il
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Dərman vasitələrinin, tibb vasitələrinin və BAQM (Bioloji aktiv qida məhsulu) dövlət qeydiyyatına alınması üçün müraciətinin həyata keçirilməsi, ekspertiza prosesinin izlənilməsi və qeydiyyat vəsiqəsi alınanadək aparılan qeydiyyat prosedurunun yerinə yetirilməsi;
- Azərbaycan Respublikasının Dərman Vasitələri Haqqında Qanununun hər hansı dəyişikliklərinin izlənilməsi və analizi;
- Razılaşma şərtlərində qeyd edilən zaman çərçivəsində kontragentlərə qanunda baş vermiş hər hansı dəyişikliklə bağlı məlumatın yazılı formada bildirilməsi;
- Yeni kontragentlərlə razılaşmanın tərtibatı zamanı qeydiyyat proseduruyla bağlı dəstəyin göstərilməsi.
Tələblər
Təhsil Ali - Tibb sahəsi üzrə;
Dil bilikləri: Rus və İngilis dili (orta səviyyədə);
Bu sahə üzrə minimum 1 il iş təcrübəsi;
MS Office proqramları;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik qabiliyyət və problem həll etmə bacarığı.
A 
Avromed Company MMC
Emal sənayesi
Avromed Company MMC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək…