Direktor köməkçisi
Vəzifə haqqında
İş əşraiti
İş yeri: Bakı şəhəri, Şıxov qəsəbəsi
İş rejimi: 5 gün 09:00 – 17:00
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
Vəzifə öhdəlikləri:
Direktorun gündəlik iş qrafikini, görüşlərini və iclaslarını planlaşdırmaq və koordinasiya etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təşkil etmək və icra vəziyyətinə nəzarət etmək;
Rəhbərliyin imzasına təqdim ediləcək sənədləri yoxlamaq, sistemləşdirmək və hazırlanmasını təşkil etmək;
Rəhbərliyin daxili və xarici yazışmalarını hazırlamaq, məktub və digər rəsmi sənədləri tərtib etmək;
İclasların təşkili, protokolların hazırlanması və qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
Rəhbərliyin ezamiyyətlərinin təşkili, bilet, hotel və digər inzibati məsələlərin koordinasiyasını həyata keçirmək;
Müxtəlif hesabatların, təqdimatların və məlumat arayışlarının hazırlanmasında iştirak etmək;
Müəssisənin struktur bölmələri ilə operativ əlaqələndirməni təmin etmək və informasiya mübadiləsini koordinasiya etmək;
Məxfi sənədlərin və məlumatların qorunmasını təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
Ali təhsil (İdarəetmə, Biznesin idarə edilməsi, Hüquq, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə);
Direktor köməkçisi, ofis meneceri, inzibati işlər üzrə mütəxəssis və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək üstünlükdür;
Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) yüksək səviyyədə işləmək bacarığı;
Rəsmi yazışma, sənədləşmə və işgüzar ünsiyyət qaydalarını bilmək;
Planlaşdırma, təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
Analitik düşünmə, operativ qərarvermə və problemlərin həlli bacarığı;
Yüksək məsuliyyətlilik, diqqətlilik və məxfi məlumatlarla işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Təşkilatçılıq və koordinasiya bacarığı;
Nəticəyönümlülük və təşəbbüskarlıq;
Stressə davamlılıq və operativ işləmək bacarığı;
Etik davranış və peşəkarlıq;
Komandada işləmək və effektiv əməkdaşlıq bacarığı.
Təklif edirik:
Stabil və uzunmüddətli iş imkanı;
Peşəkar inkişaf və təlim imkanları;
Korporativ və peşəkar iş mühiti;
Karyera yüksəlişi perspektivi.
Maraqlanan namizədlər CV-lərini vakansiyanın adı "Direktor köməkçisi" qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.