Qardaşlar Mebel Dizayner
Vəzifə haqqında
İş şəraiti
İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür
İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
Əmək haqqı: 1500 AZN
Vəzifə öhdəlikləri:
Mebel layihələrinin hazırlanması və texniki çertyojların tərtibi
2D və 3D modellərin hazırlanması və vizuallaşdırılması
AutoCAD və 3ds Max proqramlarında işlərin icrası
İstehsal üçün texniki sənədlərin hazırlanması
İstehsalat və dizayn komandası ilə koordinasiyalı işləmək
Ölçülərin dəqiq hesablanması və material seçiminə nəzarət
Layihələrin vaxtında və keyfiyyətli icrası
Müştəri tələblərinə uyğun mebel dizaynlarının hazırlanması və təqdim olunması
Mebel, avadanlıq və dekorasiya üçün uyğun material və brendlərin seçilməsi
Sifarişlər üzrə eskiz və işçi layihələrin hazırlanması
Tələblər:
Minimum 3 il iş təcrübəsi
AutoCAD proqramını mükəmməl səviyyədə bilmək (mütləq)
3ds Max və digər 3D proqramlarda işləmə bacarığı
Eskiz və detallı çertyojların hazırlanması bacarığı
Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma
Detallara diqqət və dəqiqlik
Verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
Namizəd profili:
Nizam-intizamlı, məsuliyyətli və təşəbbüskar
Kollektivdə sağlam iş mühitinin formalaşmasına töhfə verən
Peşəkar inkişafda maraqlı və öyrənməyə açıq
Mebel istehsal texnologiyaları haqqında biliklərə malik
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
