FB Fairmont BakuFairmont Baku

Doorman

23 saat əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
24 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əmək funksiyası.

  • Otelin əsas giriş qapısını açmaq və bütün qonaqların otelə gəlişi və gedişi zamanı qarşılanmasını təmin etmək, onları lazımi istiqamətə yönləndirmək.
  • Qonaqların baqajlarının gəliş zamanı, qalma müddətində, yola düşərkən və baqaj saxlancında operativ və səmərəli şəkildə idarə olunmasını təmin etmək, baqajların təhlükəsizliyinə və qorunmasına nəzarət etmək.
  • Hər bir baqajın üzərində baqaj identifikasiya etiketinin olmasını təmin etmək.
  • Qonaqların və ziyarətçilərin nəqliyyat vasitələrinin otelin müəyyən edilmiş dayanacaq sahəsində düzgün yerləşdirilməsini təmin etmək.
  • Qonaqların şikayət və sorğularını həll etmək, dərhal tədbir görülməsi üçün aidiyyəti şöbələrlə əlaqələndirmək.
  • Qonaq otaqlarının açar kartlarının verilməsini həyata keçirmək və qonaq təhlükəsizliyi üçün effektiv nəzarəti təmin etmək.
  • Qeyri-adi hadisələr və ya xüsusi tələblər barədə Konsyerj şöbəsinə məlumat vermək.
  • Otelin qəza hallarının qarşısının alınması siyasətlərindən xəbərdar olmaq və onlara riayət etmək.
  • Konsyerj masasının səliqəli, təmiz, təhlükəsiz və gigiyenik vəziyyətdə saxlanmasına cavabdeh olmaq.
  • Otelin vəziyyəti, doluluq səviyyəsi, tədbirlər, qruplar və VIP qonaqlar haqqında məlumatlı olmaq.
  • Qonaqlara daim nəzakətli və mehriban xidmət göstərmək, bütün sorğu və müraciətlərə vaxtında cavab vermək.
  • Növbə və ya iş günü sonunda növbəti əməkdaşa əməliyyatların düzgün davam etməsi üçün bütün vacib məlumatları ötürmək.
  • Qonaqlarla davamlı əlaqə saxlamaq, yaranan problemlərin və şikayətlərin səmərəli və nəzakətli şəkildə həll olunmasını təmin etmək.
  • Gündəlik əməliyyatlara nəzarət etmək.
  • Qonaqlara baqajları ilə bağlı kömək göstərmək.
  • Baş Front Office Assistant Manager / Front Office Manager-ə mütəmadi hesabat vermək.
  • Yanğın təhlükəsizliyi və ilk yardım prosedurlarından xəbərdar olmaq.
  • Qonaq şikayətlərini qəbul etmək və menecerə məlumat vermək.
  • Daim düzgün xarici görünüş və peşəkar imic saxlamaq.
  • Otelin gündəlik fəaliyyətləri və bütün xidmətləri haqqında məhsul biliyinə sahib olmaq.

Tələblər:

  • İngilis dilində (şifahi və yazılı) yaxşı ünsiyyət bacarığı.
  • Gərgin və daim dəyişən iş mühitində çoxsaylı tapşırıqları sakit və təmkinli şəkildə idarə edə bilmək.
  • İş saatları baxımından çevik olmaq və gecə növbələrində işləməyə hazır olmaq.
  • Müştəri xidməti sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

FB Fairmont Baku
Fairmont Baku
Mehmanxana və ictimai iaşə xidmətləri

Мы рады окружить вас традиционным гостеприимством Fairmont в историческом городе Баку, открытом всем ветрам. Фешенебельный пятизвездочный отель Fairmont Baku (Азербайджан), ставший частью комплекса…

Oxşar vakansiyalar

Hamısına bax