CO CompanyCompany

Ehtiyat Hissələri üzrə Menecer (Avtomobil sahəsi)

20 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
20 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Ehtiyat hissələri anbarının effektiv və sistemli idarə olunması
  • Ehtiyat hissələrinin qeydiyyata alınması, saxlanılması və normativ tələblərə uyğunluğuna nəzarət
  • Stok səviyyələrinin optimallaşdırılması, tələbatın proqnozlaşdırılması və inventarizasiyanın aparılması
  • Dead stock səviyyəsinin minimuma endirilməsi məqsədilə mütəmadi analizlərin aparılması
  • Servis proseslərinin fasiləsizliyi üçün ehtiyat hissələrinin vaxtında təmin edilməsi
  • Təchizatçılarla əməkdaşlıq, sifarişlərin formalaşdırılması və çatdırılmaya nəzarət
  • Ehtiyat hissələrinin keyfiyyəti, orijinallığı və istehsalçı tələblərinə uyğunluğunun təmin edilməsi
  • Anbar fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İtki,zədələnmə və uyğunsuzluqların qarşısının alınması üçün nəzarət mexanizmlərinin tətbiqi
  • Daxili prosedurların, təhlükəsizlik qaydalarının və anbar standartlarının icrasına nəzarət

Əsas tələblər:

  • Ali təhsil (texniki təhsil üstünlükdür)
  • Avtomobil sektoru üzrə ehtiyat hissələri və ya anbar idarəetməsində iş minimum 5 il iş təcrübəsi
  • Stok idarəetməsi və inventarizasiya prosesləri üzrə biliklər
  • Analitik düşünmə və planlama bacarığı
  • MS Office və anbar idarəetmə sistemləri ilə işləmə bacarığı
  • Azərbaycan dili – səlis (rus dili üstünlükdür)

İş şərtləri:

  • Tam ştat
  • Rəqabətqabiliyyətli əmək haqqı
  • Peşəkar inkişaf və karyera imkanları

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerdində “Ehtiyat hissələri üzrə menecer” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

CO Company
Company

Oil and Gas company with an extensive experience in upstream operations, drilling, greenfield and brownfield projects. Looking for enthusiactic, witty partners to collaborate in the journey with…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et