Yüksək Texnologiyalar Parkı (YTP) Elektrik
Vəzifə haqqında
Vəzifənin xülasəsi:
Energetik olaraq, müəssisənin enerji təsərrüfatının etibarlı, fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsində əsas rol oynayacaqsınız. Siz enerji sistemlərinin istismarına nəzarət edəcək, enerji sərfiyyatını təhlil edərək optimallaşdırma imkanlarını müəyyənləşdirəcək və müəssisənin mühəndis-kommunikasiya sistemlərinin texniki vəziyyətinin idarə olunmasına dəstək göstərəcəksiniz.
Əsas vəzifə öhdəlikləri:
Müəssisənin enerji təsərrüfatının səmərəli və fasiləsiz fəaliyyətini təmin etmək;
Enerji sistemlərinin istismarına və texniki vəziyyətinə nəzarət etmək;
Enerji sərfiyyatını təhlil etmək və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq;
Elektrik və digər mühəndis-kommunikasiya sistemlərinin texniki vəziyyətini izləmək və onların etibarlı fəaliyyətini təmin etmək;
Texniki sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi və müvafiq sənədləşmə işlərində iştirak etmək;
Rəhbərlik tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
Elektroenergetika, energetika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Enerji təsərrüfatının istismarı üzrə normativ sənədlər və qaydalar barədə bilik;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Enerji sistemlərinin istismarı və texniki vəziyyətinin qiymətləndirilməsi üzrə biliklər;
Analitik düşünmə, məsuliyyətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221.
CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Potensial işəgötürəniniz kimi bizi nəzərdən keçirdiyiniz üçün təşəkkür edirik. Müraciətinizi nəzərdən keçirməyi səbirsizliklə gözləyirik.
