AAC MMC Elektrik - Avtomatik (Elektrik və Avtomatika, qazanxana mütəxəssisi)
Vəzifə haqqında
İş barədə məlumat:
İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossesi 47-ci km.
Əmək haqqı təcrübəyə əsasən (1200-1400 AZN)
Nahar, korporativ nömrə və nəqliyyat şirkət tərəfindən təmin olunur.
İş rejimi – növbəli iş qrafiki və 5 günlük
Vəzifə öhdəlikləri
Elektrik avadanlıqlarının təhlükəsiz istismarı, cari və əsaslı təmir işlərinin icrası, həftəlik, gündəlik və aylıq baxım planlarının icrası;
Nəzarət ölçü vasitələrinin saz vəziyyətdə saxlanılması;
Avtomatik idarəetmə sistemlərinin qüsursuz işləyişinin təmin olunması, cari və əsaslı təmir işlərinin icra olunması;
Xidmət göstərdiyi elektrik qurğuların və elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasının təmin edilməsi;
Zavodun elektrik şəbəkəsinin düzgün istismarının təmin olunmasını
Qüvvədə olan texniki şərtlərə və normalara uyğun şəkildə keyfiyyətli təmirinin təşkil olunması
Mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılmasını və tənzimlənməsi işlərinin icra olunması.
Ölçmə və tənzimləmə, siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidməti işlərinin yerinə yetirilməsi.
Avtomatika və elektronika sistemi ilә bağlı olan nasazlıqların aradan qaldırılması görülən işlərlə bağlı sənədləşmə işlərinin aparılmasını təmin edir.
Avtomatika ilә bağlı baş vermiş xәtaları tәsbit edir, xәtalarının sәbәblәrini araşdırır, tәdbirlәr hәyata keçirir.
Komputerləşdirilmiş texniki istismar sisteminə nəzarət edilməsi işini icra edir.
Gündəlik göstərişləri, tapşırıqları, növbə rəisinin raportu jurnalında göstərilmiş nöqsanları aradan qaldırılmasını təmin edir.
Qazanxana və su təmizləmə sisteminin təhlükəsiz istismarının təmin olunması və gündəlik nəzarətdə saxlanılmasını təmin edir.
İş prosesində əməyin mühafizəsi və təhlükəszizlik texnikası qaydalarının tələblərinə əməl edir.
İş yerlərinin təmiz saxlanılması ,alət və avadanlıqlardan düzgün istifadə olunmasına riayət etmək.
Tələblər
Təhsil: Ali bakalavr (texniki sahə üzrə);
25-50 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
Aidiyyatı sahədə 1-3 il iş təcrübəsi
Kompyuter bilikləri
Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
Analitik düşünmə qabiliyyəti;
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində Elektrik - Avtomatik qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.

AAC is the first company in Azerbaijan producing cellular aerocrete blocks at a high technology and on the original equipment of German company "Wehrhahn". The aerocrete products are manufactured…