Xırman Elektrik (elektronçu)
Vəzifə haqqında
Xırman MMC-dən vakansiya: Elektrik tələb olunur
Vəzifə öhdəlikləri:
– Zavodun istehsalat avadanlıqlarının elektrik sistemlərinə nəzarət və texniki xidmət göstərmək;
– Nasazlıqları aşkarlamaq və aradan qaldırmaq;
– Elektrik təchizatı və işıqlandırma sistemlərinin fasiləsiz işləməsini təmin etmək;
– Təhlükəsizlik qaydalarına riayət etmək və profilaktik baxış işlərini yerinə yetirmək;
– İstehsalat xətlərində (pastorizator, dolum, soyutma, nasos, kompressor və s.) elektrik və avtomatika sistemlərinə nəzarət etmək;
– Enerji sərfiyyatına nəzarət etmək, qənaət və optimallaşdırma təklifləri vermək;
– Elektrik avadanlıqlarının planlı texniki baxış və profilaktikasını aparmaq;
– Qəza hallarında operativ reaksiya göstərmək və təhlükəsizliyin təmin olunmasına nəzarət etmək.
Namizədlərə tələblər:
– Təhsil: Elektrik ixtisası üzrə orta ixtisas və ya ali təhsil;
– İş təcrübəsi: Müvafiq sahədə (sənaye və ya istehsalat müəssisəsində) minimum 5 il iş təcrübəsi;
– Elektrik sxemləri ilə işləmə bacarığı;
– Avtomat açarları, kontaktorlar, relelər və digər elektrik komponentləri ilə işləmə təcrübəsi;
– Məsuliyyətli, diqqətli və operativ olmalı.
– İş rejiminə və intizam qaydalarına ciddi riayət etmək;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Binəqədi yolu 100
– Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1200 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Elektrik” yazaraq [email protected] epoçt ünvanına ya da (055)253-13-64 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
