BM Bakı MetropoliteniBakı Metropoliteni

Elektrik sistemlərinin layihələndirilməsi üzrə mühəndis

Bakı 15 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərinin layihələndirilməsi;
  • Elektrik enerjisi istehsal edən qurğuların, yarımstansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemlərinin hazırlanması;
  • Layihələrin istehsal, tikinti və quraşdırma standartlarına uyğun tərtib edilməsi;
  • Layihələndirmə üçün ilkin məlumatların hazırlanması və texniki tapşırıqların tərtibi;
  • Layihələrin təqvim planlamasının aparılması;
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılması prosesində iştirak.

Xüsusi tələblər

  • Ali təhsil (Elektroenergetika və ya ona oxşar ixtisaslar üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • AutoCAD proqram biliyi;
  • Diqqətli, məsuliyyətli, təşəbbüskar olmaq, detallara həssas yanaşmaq;
  • Stressə davamlılıq və vaxtın effektiv idarə olunması bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.

Müraciət etmək üçün: [email protected]
BM Bakı Metropoliteni
Bakı Metropoliteni

Oxşar vakansiyalar

Hamısına bax