S SupertoysSupertoys

Elektrikli nəqliyyat vasitələrinin təmiri üzrə usta

3 saat əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Komandamıza elektrikli skuter, elektrikli velosiped, elektrikli bike, hoverboard, elektrikli drift car və uşaq park maşınlarının təmiri ilə məşğul olacaq məsuliyyətli və öyrənməyə açıq usta axtarırıq.

İş yeri: 20 yanvar metrosu yaxınlığı Mingo servis

Vəzifə öhdəlikləri

  • Təkər və kamerlərin dəyişdirilməsi;

  • Şinlərin sökülməsi və quraşdırılması;

  • Əyləc sisteminin diaqnostikası, sazlanması və təmiri;

  • Elektrik naqilləri və birləşmələrində yaranan nasazlıqların aradan qaldırılması;

  • Batareya və BMS sistemlərinin ilkin diaqnostikası;

  • İdarəetmə bloku (Controller), monitor (LCD), əl qazı (Throttle), işıqlandırma və digər elektrik komponentlərinin dəyişdirilməsi və təmiri;

  • Hub motorlarda yaranan nasazlıqların diaqnostikası və təmiri;

  • Amortizator, qatlanma mexanizmi, rul sistemi və digər mexaniki hissələrin təmiri;

  • Təhvil verilən cihazların sınaqdan keçirilməsi və işlək vəziyyətdə müştəriyə təqdim edilməsi;

  • İş yerinin səliqəli saxlanılması.

Namizədə tələblər

  • Elektrikli nəqliyyat vasitələrinin təmiri sahəsində təcrübə;

  • Mexaniki və elektrik sistemləri ilə işləmə bacarığı;

  • Əl alətlərindən və ölçü cihazlarından istifadə bacarığı;

  • Nasazlığı analiz edib həll yolu tapa bilmə bacarığı;

  • Məsuliyyətli, dəqiq və komandada işləməyə meyilli olmaq;

  • Yeni bilik və bacarıqları öyrənməyə həvəsli olmaq.

  • Əmək haqqı 700+bonus

  • İş saatı: 09:00-18:00

Müraciət qaydası: CV- ləri 055-220-23-72 nömrənin vatsapına göndərə bilərsiniz.

Qeyd: Bu vəzifə sırf elektronika təmiri üzrə deyil. Əsas üstünlük mexaniki və elektrik hissələrinin diaqnostikası və təmirində təcrübəsi olan namizədlərə veriləcək.

S Supertoys
Supertoys
Topdansatış və pərakəndə ticarət

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…

Oxşar vakansiyalar

Hamısına bax
Zəng et