Prosys LLC Əmək haqqı hesablanması üzrə mühasib
Vəzifə haqqında
PROSYS MMC olaraq, HRMpro proqram təminatının inkişafı və tətbiqi prosesində iştirak edəcək Əmək haqqı hesablanması üzrə mühasib axtarırıq!
Əgər əmək haqqının hesablanması, əmək qanunvericiliyi və mühasibatlıq sahəsində güclü biliklərə maliksinizsə, komandamızda yerinizi almaq fürsətini qaçırmayın.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat (Full-time)
Sizdən gözlədiklərimiz:
Mühasibatlıq və ya maliyyə üzrə bakalavr dərəcəsi
Əmək haqqı, məzuniyyət, ezamiyyə, DSMF, işsizlik sığortası və gəlir vergisinin hesablanması üzrə minimum 3 il təcrübə
Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsinin müvafiq maddələri üzrə əla bilik
HRM sistemləri ilə işləmə bacarığı
Analitik düşüncə və detallara diqqət
Komandada işləmək və problemləri yaradıcı şəkildə həll etmək bacarığı
Arzuolunan biliklər:
Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması
SQL və PL/SQL bilikləri
Jira, Balsamiq Wireframes, MS Visio ilə iş təcrübəsi
Agile və SCRUM metodologiyaları ilə tanışlıq
Vəzifə öhdəlikləri:
Müştəri tələblərinin toplanması və analizi
Biznes proseslərinin təhlili və sənədləşdirilməsi
Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması
Proqram təminatının test edilməsi və keyfiyyətə nəzarət
Yeni funksionallıqların sınaqdan keçirilməsi
Məhsulun təqdimatı və tətbiq dəstəyi
Proqramçılar tərəfindən görülən işlərin yoxlanılması və təhvil alınması
Biz sizə təklif edirik:
Rəqabətə davamlı əmək haqqı
5 günlük iş həftəsi (09:00 – 18:00)
Peşəkar inkişaf və karyera imkanları
Maraqlı və innovativ layihələrdə iştirak
Dostyana və dinamik komanda mühiti
CV-nizi mövzu hissəsində "Əmək haqqı hesablanması üzrə mühasib" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.
Sizin bilik və təcrübəniz HRMpro-nun inkişafına töhfə verə bilər!
