M
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
İş şəraiti
- Əməkhaqqı: 1000 – 1500 AZN
- İş rejimi: 6 günlük iş qrafikinə uyğun tənzimlənir (Bazar günü istirahət günüdür).
- İş saatları: 09:00-18:00
- İş yeri: Masallı rayonu (rayon və ətraf rayonlarda yaşayanlara üstünlük veriləcək)
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin (qaimə, akt, hesab-faktura və s.) düzgün tərtib edilməsini və uçota alınmasını təmin etmək;
- Xammalın, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulların uçotunu aparmaq;
- İstehsal prosesləri üzrə xərclərin uçotunu aparmaq və baş mühasibə təqdim etmək;
- Kassa və bank əməliyyatları üzrə sənədlərin hazırlanmasında iştirak etmək;
- Satış, geri qaytarma, itkilər və tullantılar üzrə mühasibat uçotunu aparmaq;
- Əmək haqqı, əlavə iş saatları və növbəli iş rejimi üzrə hesablamalarda iştirak etmək;
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq;
- İnventarizasiya proseslərində iştirak etmək və nəticələri uçotda əks etdirmək;
- Mühasibat sənədlərinin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
- Baş mühasibin tapşırıqlarını vaxtında və düzgün icra etmək.
- Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək, yanğın avadanlıqlarından düzgün istifadə etmək
- Qanunsuz və qeyri-etik fəaliyyətlərdən uzaq durmaq, bütün işlərdə dürüstlük və etik davranış göstərmək.
- Qurum üzrə bütün struktur bölmələrin işinin optimallaşdırılması, prosedurların icrasına də və bstək olmaq və bu istiqamətdə əlaqədar şöbələrlə kommunikasiyanın doğru təmin etmək
- Müəssisənin biznes yanaşmasına uyğun olaraq, fəaliyyəti təmin etmək
- Müəssisədaxili kommunikasiya, əməkdaşlıq və optimallaşdırma prosedurlarının icrasında iştirak etmək
- Qanunvericiliyin müəyyən etdiyi qaydada normativlərin təyini və idarə edilməsi, hesabatların və təhlillərin müntəzəmlilyinin təmin edilməsində iştirak etmək
Vəzifə ilə bağlı tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 1 illik iş təcrübəsi;
- MS Office və 1C ERP proqramlarından istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
- Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Mühasib (Masallı)" başlığı ilə göndərə bilər.