Diamed klinikası Əməliyyat Tibb Bacısı
Vəzifə haqqında
İdeal Tibb Şirkəti (Diamed)-dən vakansiya: Əməliyyat Tibb Bacısı tələb olunur
Vəzifə öhdəlikləri:
– Əməliyyat otağının hazırlanması;
– Əməliyyat zamanı cərrah və həkim heyətinə asistentlik;
– Tibbi alət və materialların hazırlanması və nəzarəti;
– Sanitariya-gigiyena qaydalarına riayət olunmasının təmin edilməsi.
Namizədlərə tələblər:
– Təhsil: Tibb bacısı ixtisası üzrə təhsil;
– İş təcrübəsi: Əməliyyatxanada iş təcrübəsi;
– Cins: Xanım namizədlər
– Sterilizasiya və aseptika qaydalarını bilmək;
– Məsuliyyətli və komanda ilə işləmə bacarığı;
– Növbəli iş qrafikində çalışmaq imkanı.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Diamed klinikası
– Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 400-500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyat Tibb Bacısı” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
