QUK
Qarabağ Universitetinin Klinikası
Əməliyyatxana tibb bacısı
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
Vəzifənin təsviri:
- Əməliyyat otağının əməliyyata hazırlanmasını və steril şəraitin təmin edilməsini təşkil etmək.
- Cərrahi alət və materialların düzgün hazırlanmasına və saxlanmasına nəzarət etmək.
- Əməliyyat zamanı cərraha və komandaya operativ şəkildə dəstək vermək.
- Steril sahənin qorunmasını təmin etmək və aseptika qaydalarına riayət etmək.
- Pasiyentin əməliyyata hazırlanmasında iştirak etmək (mövqeləndirmə, təhlükəsizlik yoxlamaları və s.).
- Əməliyyat zamanı istifadə olunan materialların qeydiyyatını aparmaq.
- Əməliyyatdan sonra alətlərin sayımını və düzgün təhvil-təslimini təmin etmək.
- Tibbi sənədləşməni və hesabatları aparmaq.
- Əməliyyat otağında təhlükəsizlik və gigiyena standartlarına əməl olunmasına nəzarət etmək.
Tələblər
Namizədə tələblər:
- Tibb bacısı ixtisası üzrə ali və ya orta ixtisas təhsili
- Əməliyyatxana və ya cərrahiyyə sahəsində iş təcrübəsi arzuolunandır
- Sterilizasiya və aseptika qaydaları üzrə biliklər
- Cərrahi alətlər və prosedurlar haqqında anlayış
- Yüksək məsuliyyətlilik və diqqətlilik
- Stressə davamlılıq və operativ qərarvermə bacarığı
- Komandada işləmə və effektiv ünsiyyət bacarıqları
- Növbəli iş rejimində işləməyə hazır olmaq