QUK
Qarabağ Universitetinin Klinikası
Nevrologiya tibb bacısı
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
- Nevroloji xəstəlikləri olan pasiyentlərin tibb bacılığı baxımını və gündəlik müşahidəsini həyata keçirmək.
- Pasiyentlərin nevroloji vəziyyətini, şüur səviyyəsini, pupil reaksiyalarını, motor və sensor funksiyalarını izləmək.
- Həyati göstəriciləri — arterial təzyiq, nəbz, tənəffüs, bədən hərarəti və oksigen saturasiyasını mütəmadi monitorinq etmək.
- Nevroloji və həyati göstəricilərdə baş verən dəyişiklikləri vaxtında aşkar etmək və həkimə məlumat vermək.
- İnsult, epileptik tutma, kəskin nevroloji dəyişikliklər və digər təxirəsalınmaz hallarda ilkin tibb bacılığı müdaxiləsini həyata keçirmək.
- Həkim təyinatına uyğun olaraq dərman vasitələrinin hazırlanmasını və tətbiqini təmin etmək.
- İnfuziya terapiyası, venadaxili giriş və digər tibb bacılığı prosedurlarını mövcud qaydalara uyğun icra etmək.
- Hərəkət məhdudiyyəti olan pasiyentlərdə təhlükəsiz mobilizasiya tədbirlərini həyata keçirmək.
- Yıxılmaların, təzyiq yaralarının və immobilizasiya ilə bağlı digər ağırlaşmaların profilaktikasını təmin etmək.
- Pasiyentin müalicə və reabilitasiya planının icrasında iştirak etmək.
- Reabilitasiya prosesində pasiyentin funksional vəziyyətinin dəstəklənməsinə kömək etmək.
- Multidissiplinar komanda ilə əməkdaşlıq edərək pasiyentin baxım prosesinin koordinasiyasına dəstək göstərmək.
- Pasiyent və ailə üzvlərini xəstəliyin müşahidəsi, dərman qəbulu, təhlükəsizlik tədbirləri və evdə qulluqla bağlı maarifləndirmək.
- Tibbi sənədləşməni düzgün, tam və vaxtında aparmaq.
- Elektron tibbi qeydiyyat sistemlərində pasiyent məlumatlarını düzgün qeyd etmək.
- İnfeksiya nəzarəti, aseptika-antiseptika və pasiyent təhlükəsizliyi qaydalarına riayət etmək.
- Tibbi etika, məxfilik və peşəkar davranış prinsiplərinə uyğun fəaliyyət göstərmək.
Tələblər
Namizədə tələblər:
- Tibb bacısı üzrə orta ixtisas və ya ali tibb təhsili.
- Nevrologiya sahəsində minimum 3 il iş təcrübəsi.
- Peşəkar bilik və bacarıqlar.
- Nevroloji statusun qiymətləndirilməsi üzrə bilik.
- Şüur səviyyəsi, pupil reaksiyaları, motor və sensor funksiyaların müşahidəsi bacarığı.
- İnsult, epileptik tutma və kəskin nevroloji hallarda ilkin müdaxilə bacarıqları.
- Həyati göstəricilərin monitorinqi üzrə bilik.
- Dərmanların tətbiqi, infuziya terapiyası və venadaxili giriş prosedurları üzrə praktik bacarıq.
- Sterilizasiya və infeksiya nəzarəti qaydaları.
- Klinik protokollar üzrə bilik.
- Nevrologiya və təcili tibbi yardım üzrə sertifikatlar — BLS və s. üstünlükdür.