PB PASHA BankPASHA Bank

Əməliyyat və Tənzimləyici Risklərin idarə edilməsi üzrə Kiçik mütəxəssis (analıq məzuniyyəti)

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

·       Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;

·       Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası;

·       Bankın fəaliyyətinin davamlı izlənilməsi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlil edilməsi;

·       Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;

·       Insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;

·       Daxili zərər bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;

·       Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;

·       Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə dəstək;

·       Bank-daxili səlahiyyətlərin idarə edilməsi prosesinə nəzarət və səlahiyyət matriksinin vaxtında yenilənməsinə dəstək göstərilməsi;

·       Səlahiyyət matrisinə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanmasına dəstək göstərilməsi;

·       Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsində dəstək / Risk mədəniyyətinin inkişaf etdirilməsi / risk koordinatorla daimi əməkdaşlıq;

·       Bankda Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə (RCSA) proyektinin icrası;

·       Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

·       Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;

·       İş təcrübəsi: minimum 1 il Bank sahəsi üzrə təcrübə;

·       Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bank-ın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi arzu olunandır;

·       Xarici dil: İngilis, Rus (arzuolunandır);

·       Kompüter Bacarıqları: Microsoft Office.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
PB PASHA Bank
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et