Rəqəmsal dələduzluq əməliyyatlarının təhqiqatı və idarə edilməsi üzrə baş mütəxəssis
Vəzifə haqqında
İş haqqında
Görəcəyiniz işlər:
∙ Kart və digər Rəqəmsal kanallar üzrə keçən şübhəli əməliyyatların təhlili;
∙ Müştərilər ilə əməliyyatın dəqiqləşdirilməsi;
∙ Nəticəyə əsasən tədbir planının görülməsi;
∙ Hesabatların hazırlanması və müxtəlif instansiyalara təqdim edilməsi;
∙ Dələduzluq əməliyyatları üzrə tendensiyaları müəyyənləşdirmə və çoxhesablı əlaqələr quraraq saxta hesabların aşkarlanmasının həyata keçirilməsi;
∙ Elektron ticarət, POS, mPOS və LinkPay məhsulları üzrə riskli xidmətlərə nəzarətin təmin edilməsi;
∙ Müştəri olma prosesində müvafiq nəzarət sistemləri üzrə sorğuların idarəedilməsi, kənarlaşma hallarının müəyyən edilərək, aradan qaldırılması istiqamətində işlərin görülməsi;
∙ Dələduzluq əməliyyatları ilə bağlı etiraz sorğularının idarəedilməsi;
∙ Struktur üzrə təlim-tədris proseslərində, o cümlədən bankdaxili kommunikasiyanın təşkili və idarəedilməsində iştirak etmək;
∙ Dələduzluq əməliyyatları üzrə mübahisəli halların araşdırılması, aradan qaldırılması;
∙ Beynəlxalq Kart təşkilatlarının tələblərinə uyğun olaraq dələduzluq əməliyyatları üzrə hesabatların təqdim edilməsi və uyğunluğunun yoxlanılması;
∙ Beynəlxalq Kart Təşkilatları üzrə EFM, BRAM, ECM, QMAP, VDMP və VFMP proqram sorğularının idarəedilməsi və zamanında cavablandırılmasının təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
∙ Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
∙ Kompüter avadanlığı, əməliyyat sistemi(Microsoft Windows) və ofis proqram təminatı(Microsoft Office(Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri(JIRA, Manage Engine və s.)) ilə işləmə bacarığı;
∙ Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer);
∙ Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı;
∙ Fraud Management, Card Processing, Core Banking, Merchant Screening, Internet Banking, Mobile/Web Banking və s. növ proqram təminatları və modulları ilə yaxşı səviyyədə işləmə bacarığı;
∙ Ünsiyyət bacarığı;
∙ Analitik düşünmə bacarığı olan şəxsdir.
“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz…