Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Rəqəmsallaşmaya, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxs
13 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş yeri: Şuşa şəhəri
İş vaxtı: Tam iş vaxtı
Vəzifələri
- İdarənin fəaliyyət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq.
- Elektron sənəd dövriyyəsi sistemlərinin tətbiqini və inkişafını təmin etmək.
- Tikinti, bərpa və mədəni irs obyektləri üzrə məlumat bazalarının yaradılmasını və idarə edilməsini təşkil etmək.
- Rəqəmsal arxivlərin və elektron kataloqların formalaşdırılmasını təmin etmək.
- GIS (Geographic Information System), BIM (Building Information Modeling) və digər rəqəmsal həllərin tətbiq imkanlarını araşdırmaq.
- Müasir texnologiyalar və innovativ həllər üzrə araşdırmalar aparmaq.
- İş proseslərinin optimallaşdırılması üçün innovativ layihələr hazırlamaq.
- Yerli və beynəlxalq innovasiya təcrübələrini öyrənərək tətbiqi barədə təkliflər vermək.
- Pilot layihələrin həyata keçirilməsini koordinasiya etmək.
- Süni intellekt texnologiyalarının tətbiq sahələrini müəyyənləşdirmək.
- Tarixi və mədəni irs obyektlərinin rəqəmsal sənədləşdirilməsi, təsnifatı və monitorinqi üçün AI həllərinin tətbiqinə dair təkliflər hazırlamaq.
- Məlumatların analitik emalı və hesabatlılıq proseslərində Sİ alətlərindən istifadəni təşkil etmək.
- Süni intellekt sistemlərinin etik, hüquqi və təhlükəsizlik tələblərinə uyğun istifadəsinə nəzarət etmək.
- İnformasiya sistemlərinin təhlükəsizlik vəziyyətini qiymətləndirmək.
- Kibertəhlükəsizlik siyasətləri və prosedurlarını hazırlamaq və tətbiq etmək.
- İnformasiya aktivlərinin inventarlaşdırılmasını təşkil etmək.
- Ehtiyat nüsxələmə və bərpa proseslərinə nəzarət etmək.
- Kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və araşdırılmasında iştirak etmək.
- İşçilərin kibertəhlükəsizlik maarifləndirilməsi tədbirlərini təşkil etmək.
- Tikinti və bərpa üzrə layihə sənədlərinin elektron idarə olunmasını təmin etmək.
- Tikinti və bərpa layihələrinin rəqəmsal monitorinq sistemlərinin tətbiqinə dəstək vermək.
- Dron, 3D skanlama, fotogrammetriya və rəqəmsal modelləşdirmə texnologiyalarının tətbiqi üzrə təkliflər hazırlamaq.
- Mədəni irs obyektlərinin rəqəmsal pasportlaşdırılması işlərini koordinasiya etmək.
Tələb olunan bilik və bacarıqlar:
- İnformasiya texnologiyaları, kompüter elmləri, idarəçilik və ya əlaqəli sahələr üzrə ali təhsil
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Rəqəmsal transformasiya və layihələrin idarə edilməsi.
- Süni intellekt və məlumat analitikası sahəsində baza bilikləri.
- Kibertəhlükəsizlik prinsipləri və standartları.
- Elektron sənəd dövriyyəsi sistemləri.
- Verilənlər bazaları və informasiya sistemləri.
- Azərbaycan və ingilis dillərində peşəkar işləmə bacarığı.
- Analitik düşünmə, təqdimat və layihə idarəetmə bacarıqları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi