D
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Biz generativ süni intellekt, AI agentləri, chatbotlar və digər AI əsaslı həllərin hazırlanması və tətbiqi istiqamətində fəaliyyət göstərəcək Süni İntellekt Mütəxəssisi axtarırıq
Bu vəzifədə çalışan əməkdaş müxtəlif AI texnologiyalarından istifadə etməklə real biznes problemlərinin həlli üçün həllər hazırlayacaq, AI əsaslı məhsulların yaradılması və inkişaf etdirilməsində iştirak edəcəkdir. Namizəd generativ AI, LLM, agent sistemləri, RAG arxitekturaları və avtomatlaşdırma həlləri üzrə praktiki bacarıqlara malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri
- AI əsaslı chatbot və virtual assistentlərin hazırlanması
- AI agentlərinin hazırlanması və optimallaşdırılması
- RAG (Retrieval Augmented Generation) həllərinin qurulması
- LLM modellərinin inteqrasiyası və istifadəsi
- Prompt engineering və prompt optimallaşdırılması
- Müxtəlif məlumat mənbələrindən bilik bazalarının hazırlanması
- Vector database həllərinin qurulması və idarə olunması
- n8n, Make və digər platformalar üzərində AI workflow-larının hazırlanması
- AI həllərinin test edilməsi və keyfiyyətinin artırılması
- Süni intellekt məhsullarının texniki sənədlərinin hazırlanması
- Yeni AI texnologiyalarının araşdırılması və tətbiqi
- Müştərilər və layihə komandaları üçün POC və demo həllərin hazırlanması
Tələb olunan bilik və bacarıqlar
- Python proqramlaşdırma dili üzrə biliklər
- REST API-lərlə işləmə təcrübəsi
- Generativ AI platformaları ilə praktiki iş təcrübəsi
- ChatGPT, Claude, Gemini və digər LLM-lərlə iş təcrübəsi
- RAG arxitekturaları üzrə biliklər
- Prompt Engineering üzrə biliklər
- SQL üzrə baza və ya orta səviyyədə biliklər
- Git və GitHub/GitLab ilə işləmə bacarığı
- Analitik düşüncə və problem həll etmə bacarığı
Üstünlük hesab olunur
- LangChain, LangGraph və ya LlamaIndex təcrübəsi
- Ollama və ya lokal LLM həlləri ilə iş təcrübəsi
- Vector Database (Qdrant, Chroma, Pinecone, Weaviate və s.) təcrübəsi
- MCP (Model Context Protocol) anlayışı
- AI Agent Framework-ləri ilə iş təcrübəsi
- Docker və Linux üzrə baza bilikləri
- n8n və ya digər workflow automation platformaları ilə iş təcrübəsi
- AI məhsullarının hazırlanması üzrə real layihə təcrübəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.