SAMT LLC Ətraf Mühit üzrə Mühəndis / Ekoloq -Sumqayıt / Xızı
Vəzifə haqqında
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
Ətraf mühit üzrə plan, prosedur və tədbirlər planlarını hazırlamaq və tətbiqini təmin etmək;
İstehsalat fəaliyyətlərinin ətraf mühitə təsirlərini qiymətləndirmək və ekoloji risklərin idarə olunmasını təmin etmək;
Yerli qanunvericiliyin və ISO 14001:2015 standartının tələblərinə uyğunluğu təmin etmək;
Ekoloji yoxlamalar, auditlər və monitorinq proqramlarını hazırlamaq və həyata keçirmək;
Tullantıların idarə olunması, su sərfiyyatı və çirkab suların təmizlənməsi proseslərinə nəzarət etmək;
Atmosfer emissiyalarına, o cümlədən İstilik Effekti Yaradan Qazların (İEYQ) mənbələrinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq;
Dövlət orqanları və beynəlxalq audit təşkilatları ilə əlaqələri koordinasiya etmək və müvafiq hesabatları hazırlamaq;
Ekoloji maarifləndirmə tədbirlərini həyata keçirmək və maraqlı tərəflərlə əməkdaşlığı təmin etmək.
Tələblər:
Ətraf mühit mühəndisliyi, ekologiya və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə təlim və sertifikatların olması üstünlük hesab olunur;
ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemləri üzrə auditor sertifikatının olması arzuolunandır;
İngilis dili biliyi sərbəst danışıq səviyyəsində;
Ətraf mühitə təsirlərin azaldılması sahəsində praktiki təcrübə;
Tullantıların idarə olunması sistemləri üzrə praktiki bilik və təcrübə;
MS Office proqramları ilə işləmə bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
Nahar;
Könüllü tibbi sığorta;
Korporativ mobil nömrə;
Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ətraf Mühit üzrə Mühəndis / Ekoloq” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

SAMT LLC is a company aiming to manufacture high-quality products. The company plans to build its operations based on modern technologies and innovative approaches. With an experienced and…