Fiberstone MMCFiberstone MMC

Fibro Beton üzrə Texnoloq

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
5 iyul 2026

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Beton qarışıqlarının hazırlanması və onların keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi;

  • Müxtəlif beton tiplərinin hazırlanması üçün tələb olunan materialların miqdarının və nisbətinin müəyyən edilməsi;

  • Beton istehsalının hər mərhələsində keyfiyyətə nəzarət edilməsi;

  • İstehsal texnologiyalarının təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi;

  • Laborator analizlərin aparılması və nəticələrin qiymətləndirilməsi;

  • Betonun möhkəmlik, sıxlıq, suya davamlılıq və digər texniki göstəricilərinə nəzarət;

  • Tikinti sahəsində keyfiyyətli betonun vaxtında çatdırılmasını təmin etmək;

  • Layihələrin texniki sənədlərinə uyğun olaraq istehsalın aparılması.

Tələblər:

  • Beton texnologiyası sahəsində ali təhsil;

  • Beton üzrə texnoloq vəzifəsində ən azı 3 il iş təcrübəsi;

  • Beton qarışıqlarının tərkibi və xüsusiyyətləri haqqında geniş biliklər;

  • Laboratoriyada işləmə təcrübəsi;

  • Texniki sənədlərlə işləmə bacarığı;

  • Komanda ilə işləmək bacarığı və liderlik qabiliyyəti;

  • Azərbaycan və rus dillərini bilmək (ingilis dili üstünlükdür);

  • Məsuliyyətli, detallara diqqət edən və nəticəyə yönümlü olmaq.

Təklif edirik:

  • əmək haqqı - 800 azn

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

  • Rahat iş mühiti və güclü kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Fiberstone MMC
Fiberstone MMC

Oxşar vakansiyalar

Hamısına bax