Front Office Receptionist
Vəzifə haqqında
Öhdəliklər
Qonaqların mehriban şəkildə qarşılanması və qeydiyyatının aparılması (Check-in / Check-out);
Telefon zənglərinin cavablandırılması və rezervasiyaların qəbul edilməsi;
Qonaqların müraciətlərinin operativ şəkildə cavablandırılması və problemlərinin həllinə dəstək göstərilməsi;
Rezervasiya və ödəniş əməliyyatlarının otelin daxili sistemi üzərindən icra edilməsi;
Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Qonaqlara otelin xidmətləri haqqında dolğun məlumat verilməsi;
Yüksək xidmət keyfiyyətinin və qonaq məmnuniyyətinin təmin olunması.
Tələblər
Ali təhsili;
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
Exely, Elektro və Microsoft Office proqramlarında işləmək bacarığı;
Ünsiyyət, təqdimat və problem həll etmə bacarığı;
Məsuliyyətli, gülərüz, səliqəli və punktual olmaq;
Otelçilik sahəsində iş təcrübəsi mütləq tələb olunur.