İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və qlobal tərəfdaşlıqlar üzrə aparıcı mütəxəssis (Innovation & Global Partnerships Specialist)

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Vençur fəaliyyəti və kraudfandinq maliyyələşməsi istiqamətində normativ hüquqi çərçivənin yaradılması prosesində iştirak etmək;
  • "Texnoloji diaspor"un əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq texnoloji əlaqələrin möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
  • Beynəlxalq tərəfdaşlıq proqramlarının və birgə layihələrin planlaşdırılması və idarə edilməsi;
  • Xarici ölkələrin innovasiya ekosistemləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Qlobal innovasiya şəbəkələri, akselerasiya proqramları və texnopark ekosistemləri ilə partnyor əlaqələrin yaradılması;
  • Beynəlxalq konfrans, forum və tədbirlərdə Agentliyin təmsilçiliyi və networking fəaliyyətləri;
  • Tərəfdaşlıq fəaliyyətləri üzrə hesabatların və analitik materialların hazırlanması;
  • Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (beynəlxalq münasibətlər, iqtisadiyyat, biznes idarəetməsi, texnologiya siyasəti və ya əlaqəli sahələrdə);
  • Sahə üzrə minimum 2 il iş stajı (beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq inkişafı və ya əlaqəli sahədə);
  • Beynəlxalq innovasiya ekosistemləri və texnologiya transfer mexanizmləri haqqında biliklər;
  • Güclü ünsiyyət, diplomatik danışıq və cross-cultural əməkdaşlıq bacarıqları;
  • Komanda işi, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
  • Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – sərbəst səviyyədə (ikinci xarici dilə üstünlük verilir).
İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et