MDA MAN-G Design and Construction MMCMAN-G Design and Construction MMC

İnşaat mühəndisi

1 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
9 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin texniki  baxımından tam idarə olunması 

  • Layihə və smeta sənədlərinin hazırlanması, təhlili və büdcəyə uyğunluğunun təmin edilməsi 

  • Tikinti prosesinin planlaşdırılması və icrasına, həmçinin işlərin keyfiyyətinə nəzarət 

  • Podratçı və sahə komandalarının koordinasiyası 

  • Tikinti norma və qaydalarına, keyfiyyət standartlarına və smeta tələblərinə uyğunluğun təmin edilməsi 

  • Texniki problemlərin operativ və effektiv həlli 

  • Layihə üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

  • Layihənin təhvili mərhələsində smeta göstəricilərinin faktiki icra ilə uyğunlaşdırılmasının təmin edilməsi. 

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil 

  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi 

  • Layihə və smeta sənədləri ilə sərbəst işləmə bacarığı 

  • Ofis proqramlarında sərbəst işləmə bacarığı (Excell yüksək səviyyədə)

  • AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı 

  • Tikinti normativləri, standartlar, texnologiyalar və keyfiyyət yoxlaması üzrə dərin bilik 

  • Yüksək məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma

İş şərtləri:

  • 6 günlük iş rejimi

  • Korporativ mobil nömrə və danışıq paketi

  • Dəstəkçi və əməkdaşlığa açıq komanda mühiti

  • İş yeri: Bakı şəhəri

  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur

Üstünlük veriləcək:

  • Böyük həcmli və ya kompleks layihələrdə iştirak təcrübəsi 

  • Komanda idarəetmə təcrübəsi 

  • Bir neçə layihəni paralel idarə etmə bacarığı 

Təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı (təcrübəyə əsasən)

  • Peşəkar və inkişaf yönümlü iş mühiti

  • Böyük və maraqlı layihələrdə iştirak imkanı

  • Karyera yüksəlişi perspektivi

  • Stabil və uzunmüddətli əməkdaşlıq

Uyğun namizədlər CV-lərini “Tikinti mühəndisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

MDA MAN-G Design and Construction MMC
MAN-G Design and Construction MMC

Oxşar vakansiyalar

Hamısına bax