Yalama Agropark MMC İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Vəzifə haqqında
Təsvir
Qəbələ Aqropark MMC-nin Ağsu rayonunda yerləşən təsərrüfatı üçün HR proseslərini kompleks şəkildə idarə edəcək İR üzrə Aparıcı Mütəxəssis axtarırıq. Bu vəzifə kadr ehtiyaclarının müəyyən edilməsindən başlayaraq, işə qəbul, adaptasiya, kadr kargüzarlığı və işçilərin motivasiyasına qədər geniş bir spektri əhatə edir. Namizəd kənd təsərrüfatı mühitində insan resursları siyasətinin effektiv tətbiqinə bilavasitə cavabdeh olacaq.
Əsas Vəzifə Öhdəlikləri:
İşə Qəbul və İstedadların İdarəedilməsi:
- Struktur rəhbərləri ilə koordinasiyalı şəkildə vakansiyaların təhlili və tələb olunan işçi sayının müəyyən edilməsi.
- Şirkətin proseduruna uyğun olaraq işə qəbul prosesinin aparılması, elanların müvafiq portallarda yerləşdirilməsi.
- Alternativ işəgötürmə üsullarının həyata keçirilməsi və axtarış kanallarının effektivliyinin artırılması.
- Daxil olan CV-lərin qeydiyyatı, incələnməsi, qısa siyahının hazırlanması.
- İşə qəbul testlərinin və ilkin HR müsahibələrinin keçirilməsi, müvafiq dəyərləndirmə formalarının tətbiqi.
- Sınaq müddətinin təyin edilməsi, işçinin adaptasiyasının izlənməsi və iş yerinə göndərişlərin təşkili.
- İşçi axınının təhlili və şirkətin potensial ehtiyat kadr bazasının hazırlanaraq davamlı yenilənməsi.
Kadr Kargüzarlığı və Əməliyyatlar:
- İR üzrə bütün əmrləşmələrin (məzuniyyət, ezamiyyət, mükafat, işə qəbul və xitam) AR Əmək Məcəlləsinə uyğun hazırlanması və 1C sisteminə daxil edilməsi.
- İşçilərin işə davamiyyətinin gündəlik qeydiyyatının aparılması və icazələrin izlənilməsi.
- Aylıq davamiyyət tabellərinin işlənməsi, kənaraçıxma və yayınmalar barədə İR Menecerinə və struktur bölmə rəhbərinə məlumat verilməsi.
- İllik məzuniyyət planının tərtib olunmasında və icrasının nəzarətində şöbə rəhbərinə dəstək göstərilməsi.
İşçi Münasibətləri və Təlim:
- İşçilərlə daimi əlaqədə olmaq, onların müraciətlərini dinləmək və sağlam iş mühitinin qorunmasına dəstək olmaq.
- Komanda ruhunu və işçi məmnuniyyətini artırmaq məqsədilə fərqli motivasiya üsullarının təşkili.
- Əməkdaşların inkişafı üçün tələb olunan müvafiq təlim proqramlarının araşdırılması və rəhbərliyə təqdim olunması.
- Şöbə rəhbərinin İR istiqaməti üzrə digər tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi.
Namizədə dair Tələblər:
- Təhsil: İnsan Resursları, İqtisadiyyat, Menecment və ya müvafiq sahə üzrə ali təhsil.
- Təcrübə: İnsan Resurslarının idarəedilməsi (həm işə qəbul, həm də kargüzarlıq) sahəsində minimum 2 il iş təcrübəsi (İstehsalat və ya kənd təsərrüfatı sektorunda təcrübə üstünlükdür).
- Qanunvericilik: AR Əmək Məcəlləsini və kadr kargüzarlığı qaydalarını yüksək səviyyədə bilmək.
- Texniki biliklər: 1C proqram təminatında sərbəst işləmək bacarığı mütləqdir. Baza məlumatlarının idarəedilməsi və analitik hesabatlılıq üçün MS Office (xüsusilə Excel) proqramlarını bilmək. Hər hansı bir ATS platforması ilə iş təcrübəsi arzuolunandır.
- Şəxsi keyfiyyətlər: Təşəbbüskarlıq, komandanı dinləmə və problemləri həll etmə bacarığı, detallara qarşı diqqətlilik və müstəqil qərar qəbul etmə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində…