İnsan resursları üzrə aparıcı mütəxəssis (Dövlət qulluğu və kadr məsələləri üzrə məsləhətçi)
Vəzifə haqqında
İş şəraiti
Şöbə: İnsan resursları şöbəsi
İş yeri: Bakı
İş şəraiti: Standart- ofis
İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
Təhsil: Ali təhsil;
Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə dövlət qulluğunda iş təcrübəsi;
Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə.
Digər tələblər:
Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
dövlət qulluğu sahəsində kadr işini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun təşkil etmək;
dövlət qulluğu ilə bağlı normativ hüquqi aktların tətbiqini təmin etmək;
dövlət qulluğuna aid daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
dövlət qulluqçularının şəxsi işlərini formalaşdırmaq, aparmaq və mühafizəsini təmin etmək;
vakant inzibati və yardımçı vəzifələrin müəyyən edilməsini və uçotunu aparmaq;
vakant vəzifələr üzrə məlumatların Dövlət İmtahan Mərkəzinə təqdim edilməsini təmin etmək;
dövlət qulluğuna qəbul, vəzifəyə təyin, yerdəyişmə, rotasiya, ezamiyyət, məzuniyyət, qulluq münasibətlərinə xitam verilməsi və digər kadr sənədlərini hazırlamaq;
dövlət qulluqçularının qulluq stajının hesablanmasını aparmaq;
dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı sənədləri hazırlamaq;
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək;
dövlət qulluğu üzrə sertifikatların uçotunu aparmaq və etibarlılıq müddətlərinə nəzarət etmək;
dövlət qulluğu sahəsində təlim və peşəkar inkişaf tədbirlərinin təşkilində iştirak etmək;
dövlət qulluğu üzrə elektron informasiya sistemlərinə məlumatların daxil edilməsini və aktuallığını təmin etmək;
dövlət qulluğu üzrə statistik məlumatları, arayışları və hesabatları hazırlamaq;
struktur bölmələrinə dövlət qulluğu məsələləri üzrə metodiki dəstək göstərmək;
dövlət qulluğu sahəsində qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
rəhbərliyin tapşırıqlarına uyğun olaraq digər funksiyaları yerinə yetirmək;
dövlət qulluğu sahəsində qanunvericilikdə edilən dəyişiklikləri izləmək və onların tətbiqini təmin etmək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “DQ mütəxəssisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.