SSV
Sirab Satış və Dağıtım MMC
İnsan Resursları üzrə Təcrübə Proqramı
1 həftə əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
Sirab Satış və Dağıtım MMC İnsan Resursları üzrə Təcrübə Proqramı elan edir!
- İşə qəbul üzrə təcrübəçi
- Admistrativ işlər üzrə təcrübəçi
Proqramın məqsədi
- Gənc mütəxəssis olmaq istəyən namizədlərə praktiki biliklər qazandırmaq, onların peşəkar inkişafına dəstək olmaq və real iş mühitində təcrübə toplamaqlarına şərait yaratmaq.
İş yeri
- Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı)
- Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Tələblər
- Ali təhsil (İnsan Resursları və ya İqtisadiyyat);
- MS Office proqramlarında yaxşı səviyyədə biliklər;
- Azərbaycan dili – əla; Rus və İngilis dilləri – üstünlükdür;
- Operativlik, dəqiqlik, məsuliyyətlilik;
- Güclü ünsiyyət bacarığı və öyrənməyə meyillilik.
Təminatlar
- Şirkət tərəfindən yemək təminatı;
- Yol xərclərinin ödənilməsi;
- Real HR proseslərində iştirak imkanı;
- Rəsmi qeydiyyat
- Proqram sonunda xasiyyətnamə
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.