İnsan Resursları və İnzibati İşlər üzrə Menecer
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
İş şəraiti
- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 08.00-17.00
- İstirahət günləri: Şənbə,bazar günləri və qanunvericilikdə nəzərdə tutulmuş hüzn günü və bayram günləri
Assan Panel dayanıqlı binalar üçün geniş çeşiddə məhsullar istehsal edir. Fəaliyyət göstərdiyi sektorda aşkar şəkildə qabaqcıl yerdə olan Assan Panel poliuretan dolğulu panellər, yanğına qarşı müqavimətə malik PIR və daş yunu dolğulu, soyuducu anbarlar, dam və divarlar üçün sendviç panel məhsulları, müxtəlif layihələr üçün istehsal etdiyi yardımçı vasitələrlə dayanıqlı və ekoloji təmiz binaların inşaa edilməsində töhfə verməkdədir.
Vəzifə öhdəliyi:
İnsan Resursları və Ümumi İdarəetmə
- Şirkətin hədəf və strategiyasına uyğun olaraq işçi heyətinin seçilməsi, işə qəbul və işçilərin saxlanılması üzrə düzgün siyasətin tətbiq edilməsi
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul prosesinin (tələbatın müəyyən edilməsindən onboarding-ə qədər), işdən azad edilmə prosesinin (exit interview, son haqq-hesabın hesablanması və ödənilməsi), daxili vəzifə dəyişikliyi və digər HR əməliyyatlarının icra edilməsi
- e-gov.az, e-sosial.az, ems.sosial.gov.az, isb.az, mylife.az kimi dövlət portallarında əməliyyatların həyata keçirilməsi
- İş vaxtının uçotunun (fingerprint sistemi) aparılmasına, aylıq davamiyyət cədvəllərinin hazırlanmasına və müvafiq hesabatların tərtibinə nəzarət edilməsi
- Dövlət qurumları ilə (Sosial Müdafiə Fondu, Miqrasiya Xidməti, Əmək Müfəttişliyi, Statistika Komitəsi və s.) əməkdaşlığın təmin edilməsi
- Xarici əməkdaşlar üçün iş və müvəqqəti yaşama icazələrinin alınması prosesində iştirak və qanunvericiliyə uyğunluğun təmin edilməsi
- İnsan resursları üzrə daxili prosedur, qayda və təlimatların hazırlanmasında və inkişaf etdirilməsinə nəzarət edilməsi
- İşçi məlumat bazasının yaradılmasında, şəxsi işlərin tərtibi və dəyişikliklərin idarə olunmasında, müvafiq HR hesabatlarının hazırlanmasında iştirak və nəzarət
- Türkiyə Holdingdəki həmkarlarla effektiv əməkdaşlıq və koordinasiyanın təmin etmək
Təlim, İnkişaf və Performansın İdarə Edilməsi
- İşçilərin bacarıq və ixtisas ehtiyaclarının müəyyən edilməsi
- Təlim və inkişaf proqramlarının planlaşdırılması və təşkili
- İllik hədəflərin müəyyən edilməsi və performans qiymətləndirmə prosesinin idarə olunması və tədbiqi
- İşçilərin Mükafatlandırma və intizam tədbirlərinin tətbiqinə nəzarət
- Team building tədbirləri, bayram günləri və mükafatlandırma mərasimlərinin təşkili
- Kollektiv daxilində yarana biləcək konflikt risklərinin azaldılması, iş mühitinin sabitliyinin qorunması və korporativ etik prinsiplərə riayət olunmasına dəstək
- İşçilərin şirkətə bağlılığının və korporativ aidiyyət hissinin gücləndirilməsinə yönəlmiş strategiyaların hazırlanması, tətbiqi və monitorinqi
İnzibati İşlər
- Ezam olunan və ezamiyyətə gələn əməkdaşlar üçün aviabiletlərin alınması, transfer və otel rezervasiyalarının təşkili
- İşçilərə təqdim olunan mobil xətlər, yemək kartları və könüllü tibbi sığorta xidmətlərinin idarə olunması və problemlərin həlli
- Şirkətə xidmət göstəən Catering şirkəti ilə əlaqələrin qurulması və prosesə nəzarət, işçilərin məmnunluğunu təmin etməsi
- Şirkətin inzibati təsərrüfat işlərinə və ofis təmizliyinə nəzarət
- Aylıq təsərrüfat mallarının alınması və istifadəsinə nəzarət
- Şirkət balansında və ya icarədə olan nəqliyyat vasitələrinin GPS izlənməsi, yol hərəkəti qaydalarının pozulması və cərimələrin monitorinqi
- İşçilərə verilmiş yanacaq kartlarının istifadəsinə nəzarət və hesabatların hazırlanması
Əmək haqqı və digər ödənişlər
- Bütün işçilərin aylıq əmək haqlarının hesablanması və bank köçürmələrinin icrası
- İllik məzuniyyət cədvəllərinin hazırlanması, istifadə olunmuş və qalıq günlərin hesablanması və müvafiq ödənişlərin müəyyən edilməsi
- Son haqq-hesab və istifadə olunmamış məzuniyyət kompensasiyalarının hesablanması
- Əmək qabiliyyətinin olmaması vərəqələrinin DSMF portalına daxil edilməsi və ödəniş prosesinin icrası
- Overtime (işdən sonra, bayram və qeyri-iş günləri) üzrə əlavə ödənişlərin hesablanması və əmək haqlarına əlavə edilməsi
- Ezamiyyət xərclərinin hesablanması və rəsmiləşdirilməsi
- İnsan resursları üzrə müxtəlif aylıq və dövri hesabatların hazırlanması və təqdim olunması
Namizədə olan tələblər:
- Ali təhsil;
- Dillər: İngilis dili, Rus dili (yaxşı səviyyədə)
- Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook – əla səviyyədə)
- HR və rəqəmsal sistemlər: ERP HR proqramları ilə (SAP) iş təcrübəsi, e-gov.az, e-sosial.az, ems.sosial.gov.az, isb.az, mylife.az portallarında işləmə bacarığı
- Güclü ünsiyyət və insanlarla işləmək bacarığı
- Konfliktlərin idarə edilməsi və problem həll etmə
- Analitik düşüncə və düzgün qərarvermə
- Məsuliyyətlilik və məxfilik
- Liderlik və komanda idarəetmə bacarığı
- Təşkilatçılıq və planlama bacarığı
- Əmək qanunvericiliyi üzrə biliklər
- Stress altında işləmə və adaptasiya bacarığı
Digər məlumatlar:
- Şirkət tərəfindən servis xidməti ilə təmin olunma;
- Şirkət hesabına gündəlik nahar təminatı;
- Korporativ mobil nömrə və danışıq paketi;
- Geniş əhatəli illik tibbi sığorta paketi;
- Böyük, nüfuzlu və dinamik inkişaf edən şirkətdə karyera qurmaq imkanı;
- Əmək haqqı namizədin peşəkar bilik, bacarıq və iş təcrübəsi nəzərə alınaraq müsahibə nəticələrinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, İnsan Resursları və İnzibati İşlər üzrə Menecer vakansiyanın adını qeyd etməklə CV-inizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.