SAMT LLC İnzibati İşlər üzrə Koordinator
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Komandamıza məsuliyyətli, təşkilatçılıq bacarığı yüksək və operativ işləməyi bacaran İnzibati İşlər üzrə Koordinator axtarırıq.
Əsas vəzifələr
- Ofisin gündəlik inzibati fəaliyyətinin təşkili və koordinasiyası;
- Sürücülərin iş qrafikinin və fəaliyyətinin koordinasiya edilməsi;
- Daxili və xarici yazışmaların aparılması;
- Sənədlərin hazırlanması, qeydiyyatı, dövriyyəsi və arxivləşdirilməsi;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Rəhbərliyin verdiyi inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Ofis idarəçiliyi sahəsində 1-3 il iş təcrübəsi;
- Sürücülərin fəaliyyətinin koordinasiyası və inzibati işlərin idarə olunması üzrə təcrübə;
- İngilis və ya rus dillərindən ən azı birini bilməsi üstünlük hesab olunur;
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook və PowerPoint) sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət, təşkilatçılıq və planlaşdırma bacarıqları;
- Məsuliyyətli, dəqiq və operativ işləmək bacarığı.
Şirkət tərəfindən təqdim olunan imtiyazlar
- Nahar;
- Könüllü tibbi sığorta;
- Korporativ mobil nömrə;
- İdman abonəliyi;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "İnzibati İşlər üzrə Koordinator" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
S 

SAMT LLC
Emal sənayesi
SAMT LLC is a company aiming to manufacture high-quality products. The company plans to build its operations based on modern technologies and innovative approaches. With an experienced and…