S SAMT LLCSAMT LLC

İnzibati İşlər üzrə Koordinator

Posted 16 h ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
14 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Komandamıza məsuliyyətli, təşkilatçılıq bacarığı yüksək və operativ işləməyi bacaran İnzibati İşlər üzrə Koordinator axtarırıq.

Əsas vəzifələr

  • Ofisin gündəlik inzibati fəaliyyətinin təşkili və koordinasiyası; 
  • Sürücülərin iş qrafikinin və fəaliyyətinin koordinasiya edilməsi; 
  • Daxili və xarici yazışmaların aparılması; 
  • Sənədlərin hazırlanması, qeydiyyatı, dövriyyəsi və arxivləşdirilməsi; 
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; 
  • Rəhbərliyin verdiyi inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. 

Namizədə tələblər

  • Ali təhsil; 
  • Ofis idarəçiliyi sahəsində 1-3 il iş təcrübəsi; 
  • Sürücülərin fəaliyyətinin koordinasiyası və inzibati işlərin idarə olunması üzrə təcrübə; 
  • İngilis və ya rus dillərindən ən azı birini bilməsi üstünlük hesab olunur; 
  • Sənədləşmə və hesabatların hazırlanması bacarığı; 
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook və PowerPoint) sərbəst işləmək bacarığı; 
  • Güclü ünsiyyət, təşkilatçılıq və planlaşdırma bacarıqları; 
  • Məsuliyyətli, dəqiq və operativ işləmək bacarığı. 

Şirkət tərəfindən təqdim olunan imtiyazlar

  • Nahar; 
  • Könüllü tibbi sığorta; 
  • Korporativ mobil nömrə; 
  • İdman abonəliyi; 
  • Servis nəqliyyatı. 

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "İnzibati İşlər üzrə Koordinator" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

S SAMT LLC
SAMT LLC
Emal sənayesi

SAMT LLC is a company aiming to manufacture high-quality products. The company plans to build its operations based on modern technologies and innovative approaches. With an experienced and…

Similar jobs

See all
Apply