S SupertoysSupertoys

İşə qəbul üzrə mütəxəssis

16 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Supertoys MMC “İşə qəbul üzrə mütəxəssis” vakansiyası elan edir!

Vəzifə öhdəlikləri:

  • Şirkətin ehtiyaclarına uyğun vakansiyaların planlanması və elanların hazırlanması
  • Namizədlərin cəlb edilməsi, ilkin müsahibələrin təşkili və namizəd seçimi
  • Ofis işçiləri, satış məsləhətçiləri, kassir və digər mövqelər üzrə işə qəbul prosesinin icrası
  • Yeni əməkdaşların onboarding (uyğunlaşdırma) prosesinin təşkili
  • İşçilərin sınaq müddətinin monitorinqi və nəticələrin rəhbərliyə təqdim olunması
  • HR proqramlarında qeydiyyat və məlumatların sistemə daxil edilməsi

Tələblər:

  • Ali təhsil (İnsan resursları, psixologiya və ya idarəetmə sahəsində üstünlükdür)
  • İnsan resursları sahəsində minimum 3 il təcrübə
  • Güclü ünsiyyət və dinləmə bacarıqları
  • Müsahibə aparmaqda təcrübə və analitik yanaşma

Şirkət tərəfindən təminatlar:

  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun iş rejimi
  • Peşəkar inkşaf və təlim imkanları
  • Stabil və Mehriban iş mühiti
  • Davamlı inkişaf və təcrübə mübadiləsi imkanları 
  • Korporativ mədəniyyət və dəstəkçi komanda 

İş yeri: Sədərək TM Ofis

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “İşə qəbul üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

S Supertoys
Supertoys
Topdansatış və pərakəndə ticarət

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…

Oxşar vakansiyalar

Hamısına bax