Prime Cotton İstedadların cəlb edilməsi üzrə mütəxəssis (Mingəçevir)
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- İşə qəbul prosesini koordinasiya etmək;
- Cari və gələcək işçi ehtiyacını təhlil etmək, planlamada aktiv iştirak etmək;
- İşçi ehtiyacını qarşılamaq üçün işə qəbul strategiyalarını hazırlamaq və tətbiqinə dəstək vermək;
- Kritik vəzifələr üzrə namizəd bazasını formalaşdırmaq, daim aktual saxlamaq (talent pool);
- Uyğun namizədlərin cəlb edilməsi üçün effektiv axtarış və cəlbetmə üsulları hazırlamaq və tətbiq etmək;
- İşə qəbul prosesini aktiv nəzarətdə saxlayaraq, mərhələ-mərhələ izləmək;
- Ali və peşə-ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq qurmaq, karyera təşəbbüslərində iştirak etmək;
- Elanların hazırlanması və təsdiqi, namizədlərin axtarışı, ilkin yoxlanışı (screening) və seçimi proseslərində iştirak etmək;
- Namizədin müraciətdən işə qəbuladək bütün təcrübəsini idarə etmək (candidate experience);
- Çıxış müsahibələrini təşkil etmək, nəticələri təhlil edib müvafiq tövsiyələr hazırlamaq;
- İşə qəbul proseslərini mövcud qanunvericilik və şirkətin daxili prosedurlarına uyğun icra etmək.
Tələblər
- Ali təhsil (İnsan Resursları İdarəçiliyi, Biznesin idarə edilməsi, Menecment, Psixologiya, Sosiologiya, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İşə qəbul/talent acquisition sahəsində minimum 1 il təcrübə;
- Sahə üzrə sertifikatların olması arzuolunandır;
- Azərbaycan dili – səlis (şifahi və yazılı), rus və ingilis dilləri arzuolunandır;
- Sosial media kanalları və ATS proqramları ilə iş təcrübəsi;
Biz nə təklif edirik?
- Şirkət tərəfindən könüllü tibbi sığorta;
- Peşəkar komanda ilə inkişaf və karyera imkanları.

Prime Cotton
Emal sənayesi
Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…