İstehsal Mühasibi
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş barədə məlumat:
Vakansiya: İstehsal Mühasibi (Özbəkistan nümayəndəliyi)Şirkət: ORHUNDOOR
İş yeri: Bakı ofisi (ilkin adaptasiya və təlim dövrü) ➔ Daşkənd/Özbəkistan (əsas iş yeri)
Əməkhaqqı: 1100 - 1200 AZN
Təminat: Özbəkistanda mənzil şirkət tərəfindən qarşılanır
İş qrafiki: 6 günlük iş həftəsi
Cins: Bəy və xanım namizədlər
İşin Təsviri və Öhdəliklər:
* Bakı ofisində şirkətin daxili istehsalat strukturu, hesabatlıq sistemi və proqram təminatı ilə tam tanış olmaq, işi mənimsəmək;
* Təlim və adaptasiya dövrü uğurla başa çatdıqdan sonra Özbəkistandakı istehsalat müəssisəsinə ezam olunaraq mühasibatlıq prosesini orada idarə etmək;
* Məhsulun ilkin xammal mərhələsindən hazır məhsul mərhələsinə qədər olan bütün istehsalat zəncirinin uçotunu aparmaq;
* Maya dəyərinin kalkulyasiyası (Cost Accounting) və birbaşa/dolayısı xərclərin düzgün bölüşdürülməsini təmin etmək;
* Anbar qalıqlarına, xammalın normativlərə uyğun silinməsinə və inventarizasiya proseslərinə ciddi nəzarət etmək;
* İstehsalat hesabatlarının vaxtında və dəqiq hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
* İstehsalat zamanı yaranan normadan artıq itkilərin və xərclərin monitorinqini aparmaq.
Tələblər:
Təhsil : Aliİş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 21 - 40
* Maliyyə, İqtisadiyyat və ya Mühasibat uçotu sahəsində ali təhsil;
* İstehsalat sahəsində mühasib olaraq ən azı 1-3 il iş təcrübəsi;
* 1C (8.3) proqramlarında istehsalat modulu ilə işləmək təcrübəsi mütləqdir;
* Mükəmməl MS Excel (mürəkkəb funksiyalar, Pivot Table, VLOOKUP) bilikləri;
* Azərbaycan dili və Rus dili bilikləri (üstünlükdür);
* Analitik düşünmə, diqqətlilik, rəqəmlərlə işləmək və detallara qarşı həssaslıq;
* Yüksək stressə davamlılıq, fərqli mədəni mühitə və 6 günlük gərgin iş qrafikinə tez adaptasiya olmaq bacarığı.
NS
Nİ Group Supply MMC