İstehsalat müdir müavini
Təcrübə 5 ildən çox
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
• İş qrafiki: 6 günlük
• Əmək haqqı: 1500 AZN (net)
• Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
• Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Abdullayev küç.,döngə 9/21D
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
• İstehsalat sahəsində işçi heyətinin fəaliyyətinin planlaşdırılması, koordinasiyası və effektiv idarə olunmasını təmin etmək • İstehsalat proseslərində təhlükəsizlik texnikası, əməyin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək • İstehsalat göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək • İstehsalat proseslərində yaranan problemləri operativ şəkildə təhlil etmək və həlli istiqamətində tədbirlər görmək • İşçilərin əmək intizamına riayət etməsinə və daxili qaydalara əməl olunmasına nəzarət etməkTələblər
• Ali təhsil • Yaş: 35-50 • Xanım namizəd (İstehsalat kollektivində işləmiş namizədlər üstünlükdür) • İş təcrübəsi: İstehsalat sahəsində qida üzrə müvafiq vəzifədə minimum 5 il • Komanda idarəetməsi və liderlik bacarığı • Planlama və təşkilatçılıq qabiliyyəti • Texniki sənədlərlə işləmə bacarığı • Problemlərin operativ və effektiv həll olunması bacarığı • MS Office proqramlarında işləmək bacarığı • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili arzuolunandır.Şəxsi keyfiyyətlər
• Stressə davamlılıq • Məsuliyyətlilik və dəqiqlik • Analitik düşüncə
C 
Camal LTD
Emal sənayesi
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı…